“Qazprom”un Azərbaycan qazını almaq haqda danışıqlara başlaması Xəzər və Mərkəzi Asiya qazını Rusiyadan yan keçməklə Avropaya nəql etməli olan “Nabucco” kəməri layihəsini qazsız qoyur. Qaz informasiyası agentliyinin (QİA) rəyi soruşulan ekspertləri bu fikirdədirlər.
Cümə günü "Qazprom" (RTS: GAZP) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin yanvar ayından Azərbaycan və Rusiya sərhədində Azərbaycan qazının DAF şərtləri üzrə alqı-satqısının razılaşdırılmasına dair danışıqlara başlamaq haqda memorandum imzalayıblar.
Rusiyanın Dünya enerji bazarlarının öyrənilməsi Mərkəzinin direktoru Tatyana Mitrova Qaz informasiyası agentliyinə bəyan edib ki, bu xəbər “Nabucco” layihəsinin qazsız qalması ehtimalını gücləndirir.
O xatırladıb ki, “Nabucco” layihəsi əvvəlcə İran qazını nəql etməkdən ötrü nəzərdə tutulmuşdu, lakin məlum siyasi səbəblərdən İran qazı yaxın illərdə təchizat qazı kimi nəzərdə tutula bilməz. Nəticədə “Nabucco”nun inşası üzrə konsorsiumun üzvləri Azərbaycan qazına – Şahdəniz yatağına tərəf yönəliblər. Əlbəttə, bu qaz 30 mlrd. kubmetr layihələndirilən borunun tam yüklənməsi üçün kifayət deyil. Avropa Mərkəzi Asiya bölgəsini də “Nabucco” borusunun doldurulması üçüm mümkün mənbə kimi görür, lakin Transxəzər qaz kəmərinin çözülməz bir problemi var ki, bu da Xəzərin statusu məsələsinin həll edilməməsidir, deməli, müvafiq olaraq, bu kəmərin tikintisi legitim deyil.
"Bu, Azərbaycanın da artıq “Nabucco”nun tranzit riskləri və maliyyələşməsi, həmçinin reallaşması müddətinin həll olunmaması ilə birgə bütün iqtisadi şübhəliliyini anladığına dair önəmli siqnaldır. Eləcə də Türkiyə tranzit ödəmələri üçün sərt şərtlər qoyur, həmçinin Azərbaycandan qazı sərhəddə almaq istəməklə onu hər hansı əlavə mənfəət imkanından məhrum edir. Bundan başqa, özəl sərmayəçilər layihəni onun doldurulması üçün qaz kifayət etmədiyindən maliyyələşdirməyə hazır deyillər. Layihə beləcə havadan asılı vəziyyətdə qalıb və fikrimcə, Azərbaycan bu vəziyyətdə nağd axını bu mifik layihənin nə vaxt gerçəkləşəcəyini gözləməkdən üstün tutmaq haqda qərar verib,” – deyə T.Mitrova sözünə yekun vurub.
Energetika və maliyyə institutunun prezidenti Leonid Qriqoryev belə bir fikir qeyd edib ki, Azərbaycan qazı “Şahdəniz-2” layihəsindən Avropaya “Nabucco” üzrə geməyəcək, bu qazın əhəmiyyətli hissəsi TGI Interconnector (Türkiyə-Yunanıstan-İtaliya) kəmərindən nəql olunacaq.
"Rusiya ilə Azərbaycan arasında danışıqların başlanması Rusiya istehlakçıları və Ukrayna üçün Rusiya sisteminə əlavə qaz köçürülməsi məsələsini qaldıra bilər. Bu iki layihə - qazın Rusiyaya və TGI Interconnector-la ixracı “Nabucco” üçün hətta ehtimal olaraq belə, qaz qoymur," – L.Qriqoryev bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət