Azərbaycan ASK-nin ayrı-ayrı istiqamətlərinin inkişafı üçün böyük potensiala malikdir. Azərbaycan-Türk İş Adamları Birliyinin (ATIB) İdarə Heyətinin sədr müavini Əli İhsan Genç belə hesab edir.
"Azərbaycan üzümçülük, şərabçılıq, meyvə-tərəvəz istehsalı və emalı, eləcə də gülçülüyün inkişafı üçün geniş potensiala malikdir", - deyə o, ATIB rəhbərliyinin Bakıda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEIK) sədri Çengiz Gülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə çıxışı zamanı bildirib. Bu barədə ATIB-in məlumatında deyilir.
Görüşdə ATIB və DEIK nümayəndələri Azərbaycandakı investisiya rejimi ilə bağlı fikir mübadiləsi aparıblar. Ç.Gül vurğulayıb ki, DEIK üzvləri Azərbaycanın bölgələrindəki fəaliyyətdə maraqlıdırlar. O cümlədən, nümayəndə heyəti Lənkərana baş çəkib və bu bölgəyə investisiya qoyuluşlarının perspektivləri ilə tanış olub.
"Azərbaycanda əlverişli iqlim şəraiti ASK sahəsinə investisiyalar üçün yaxşı şərait yaradır. Məsələn, elə təkcə Lənkəranda üzüm, zeytun, çay, tütün becərməklə məşğul olmaq olar. Lakin bunun üçün xeyli iş görmək lazımdır", - deyə məlumatda Ç.Gülə istinadən bildirilir.
ATİB İdarə Heyətinin sədr müavini İhsan Fatoğlu görüşdə Azərbaycanda ASK sahəsində yaxşı pespektivlərin olduğunu vurğulayıb. O qeyd edib ki, Qəbələdə təmizlənmiş və təmizlənməmiş fındıq istehsal olunur və ixrac edilir. İ.Fatoğlu əlavə edib ki, Rusiyada Azərbaycan şərabına ehtiyac var, eləcə də respublikada daha sonra ixrac etmək məqsədilə nar şirəsi istehsalı üçün əlverişli şərait mövcuddur.
ATIB 2004-cü ilin aprelində yaradılıb. Azərbaycan və türk kapitalına malik 91 şirkət birliyin üzvüdür. ATIB üzvlərinin ümumi nizamnamə kapitalı $800 mln., Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşlarının həcmi isə $3 mlrd.-dan çoxdur. Birliyin üzvü olan şirkətlərdə 40 min nəfərə yaxın adam çalışır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət