2009-cu ildə “Qazprom”un qaz hasilatı 10,5% - 492 mlrd. kubmetrə qədər (2008-ci ildəki 549,7 mlrd. kubmetrdən) azala bilər. Bu barədə Qaz İnformasiya Agentliyinə (QİA) inhisardakı mənbələr cari il üçün qaz balansı layihəsinin məlumatına istinadən məlumat verib.
Hələ təsdiqlənməmiş bu sənəd daim yenidən nəzərdən keçirilir. Çox ehtimal ki, hasilat daha 30 mlrd. kubmetr az - 460 mlrd. kubmetr olacaq", - deyə QİA-nın müsahiblərindən biri bəyan edib. Digər mənbənin versiyasına görə, hasilat yalnız 470 mlrd. kubmetrə qədər azala bilər.
Müstəqil istehsalçılar tərəfindən mövcud qaz hasilatı planı 92,3 mlrd. kubmetr təşkil edir. “Lakin bu da sahədə qaz hasilatının ümumi korreksiyasına proporsional olaraq azala bilər”, - deyə mənbə xatırladıb.
2009-cu ildə “Qazprom”un sisteminə 63,7 mlrd. kubmetr həcmində Mərkəzi Asiya qazının daxil olacağı planlaşdırılıb. 2009-cu il ərzində Rusiyanın yeraltın anbarlarından 27,8 mlrd. kubmetr həcmində qazın alınması nəzərdə tutulur.
2008-2009-cu illərdə alınma mövsümünün yekunları üzrə Rusiya yeraltı qaz anbarlarından qazın alınma həcmi təxminən 16,5 mlrd. kubmetr təşkil edə bilər ki, bu da 2007-2008-ci illər mövsümündə əldə olunmuş 50,05 mlrd. kubmetr həcmində rekord göstəricindən 3 dəfə azdır. Cari isitmə mövsümünün əvvəlindən alınma 16,2 mlrd. kubmetr təşkil edib. Artıq cari həftənin sonuna kimi Rusiyanın bütün qaz anbarlarından qazın alınması tam başa çatacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət