Yer kürəsinin ən yeni tarixi ərzində kainatda bizim tək olmadiğımızı göstərən çoxlu sayda dəlillər toplanıb. Bu barədə amerikalı astronavt Edqar Mitçell bəyan edib.
"Biz öz planetimizin və Günəş sisteminin hüdudlarından kənara çıxmalıyıq ki, orada həqiqətən nə baş verdiyini öyrənək", - deyə Amerikanın CNN telekanalı çərşənbə axşamı astronavtın dediklərindən sitat gətirir. Bunları E.Mitçell bu həftə keçiriləcək Yer Kürəsi Günü ərəfəsində ufoloqların 5-ci konfransında çıxışında bildirib.
"Şübhə edənlərə mən məsləhət görürəm- kitablar oxuyun, ənənələri araşdırın və anlamağa başlayın ki, nə baş verir, - deyə E.Mitçell davam edib. – Heç bir şübhə yoxdur ki, onlar (yadplanetlilər) bizə gəlirlər. Kainat hətta bizim təsəvvür etdiyimizdən də qəribədir".
Astronavt qeyd edib ki, bir admiral (E.Mitçell onun adını çəkməyib) Rozuelle (Nyu-Meksika ştatı) hadisəsinin sirrini açacağına söz verib. Ufoloqların fikrincə, 1947-ci ildə orada yadplanetlilərin kosmik gəmisi qəzaya uğrayıb.
E.Mitçeıı Rozuellanın yaxınlığında böyüyüb. 1971-ci ildə o, “Appolon-14” Ay missiyasında iştirak edib.
Yeri gəlmişkən, NASA NUO (Naməlum Uçan Obyektlər) üzrə hansısa proqramım həyata keçirildiyini inkar etməkdə davam edir. "NASA NUO-u izləmir, nə Yer kürəsində, nə də başqa bir yerdə Yerdənkənar həyatı araşdıran hansısa bir məxfi proqramda iştirak etmir", - deyə NASA-nın nümayəndəsi Maykl Kabbac CNN-ə bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət