Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinə qarışmır. Lakin bilmək istəyir ki, Qarabağ nizamlanması problemi onların gündəliyinə daxildir ya yox. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
O, Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə danışıqlardan sonra keçirilən brifinqdə qeyd edib ki, Ermənistan-Türkiyə munasibətlərinin təhlilində Azərbaycan digər ölkələr arasında münasibətlərə qarışmamaq prinsipinə sadiqdir.
“Bu məsələnin tarixi kökləri ilə bağlı bəzi şərhlərə gəldikdə isə, xatırlatmaq istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində bağlanmışdır və bu gün bu işğal davam edir. Bu gün Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hələ də işğal altında saxlamaqda davam edir”,-deyə o vurğulayıb.
İ.Əliyev bir daha qeyd edib ki, Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinə müdaxilə etmək niyyətində deyil. Lakin bu yaxınlarda Ankarada və İrəvanda açıqlanan ikitərəfli münasibətlərin normallaşmasına dair “yol xəritəsi”nin məzmunu haqda bilmək hüququna malikdir. “Bizim də öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var”,-deyə o bildirib.
“Bu gün biz bu məsələ ilə bağlı müxtəlif mənbələrdən bir çox ziddiyyətli şərhləri eşidirik. Bəziləri deyir ki, ilkin şərtlərlə “yol xəritəsi” tərtib edilib. Digər mənbələrdən eşidirik ki, ilkin şərtlər haqqında “yol xəritəsi”ndə heç nə deyilməyib. Bu, bir növ söz oyunudur. Hesab edirəm ki, dünya, region və Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə bir sualdır”,-deyə dövlət başçısı vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət