Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi .
Sabah Praqada “Şərq tərəfdaşlığı” inauqurasiya sammiti açılır. AB-nin bu yeni layihəsinin əsas məqsədləri nədir və Azərbaycan prezidenti Praqa sammitinə hansı mövqe ilə gedir?
Bu layihədə əsas məqsəd AB-nin şərq sərhəddində yerləşən 6 ölkə - Belarus, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanın da daxil olduğu tərəfdaş ölkələrdə siyasi və sosial iqtisadi islahatlar prosesinin dəstəklənməsidir.
Bundan əlavə, Avropa Birliyi AB ilə əməkdaşlığa və münasibətlərin irəli çəkilmiş səviyyəsinə hazır olan və bunda maraqlı olan həmin “şərq tərəfdaşları” və AB arasında assosiativ siyasi münasibətlərin və gələcək iqtisadi inteqrasiyanın qurulması üçün zəruri şəraitin yaradılmasını “Şərq tərəfdaşlığı”nın qarşısına bir vəzifə kimi qoyur.
Bizim ölkənin mövqeyinə gəlincə, bu, dövlət başçısı tərəfindən dəfələrlə, o cümlədən bu yaxınlarda onun Belçika səfəri zamanı və AB rəhbərləri ilə görüşündə səslənib. Mən yalnız onu xatırladım ki, Brüsseldə prezident İ.Əliyev bir daha bildirib ki, biz müasir dövlət qurmaq istəyirik. Elə bir dövlət ki, orada siyasi sistem quruculuğu prinsipləri, sosial problemlərin həlli və iqtisadi islahatlar AB meyarları əsasında qurulsun. Bu konteksdə o, Avropa Qonşuluq Siyasətinin və “Şərq tərəfdaşlığı”nın mühüm əhəmiyyətini qeyd edib. Bu proqramlar Azərbaycanın AB ilə hərtərəfli yaxınlaşma kursuna əlavə təkanın verilməsinə, bizim Avropa Birliyi siyasətinin yeni məzmunla doldurulmasına yönəlib.
Başqa sözlə desək, ölkə prezidenti “Şərq tərəfdaşlığı” layihəsinə yeni və mühüm format kimi baxır. Bu, Azərbaycanla AB arasında münasibətləri möhkəmləndirə bilər və möhkəmləndirməlidir və bu çərçivədə siyasi, sosial-iqtisadi, humanitar sahələrdə bizim ölkəmiz və cəmiyyətimiz üçün aktual olan məsələlərin həlli məqsədilə birgə yeni layihələrin reallaşması zəruridir.
Diqqəti yönəltmək istədiyim əsas məqam odur ki, AB-nin yeni layihəsinin əsas məqsədləri prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsas vektorları ilə - ölkə daxilində islahatların möhkəmləndirilməsi, AB və ona üzv ölkələrlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması - tam üst-üstə düşür. Fikrimcə, bizim “Şərq tərəfdaşlığı” layihəsinə marağımızın əsası və eyni zamanda AB-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasının səbəbi bundadır.
Məlumdur ki, “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində əməkdaşlığın təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatı nəzərdən keçirilir. Bakı sonuncu varianta görə öz siyasətini necə quracaq?
Həqiqətən, “Şərq tərəfdaşlığı” layihəsi paralel olaraq iki formatda inkişaf edəcək - ikitərəfli, daha doğrusu AB ilə Azərbaycan arasında birgə layihələrin gerçəkləşdirilməsi vasitəsilə, və çoxtərəfli, yəni “AB + bir neçə Şərq tərəfdaşı” sxemi üzrə. Biz ikitərəfli formatın prioritetliyindən çıxış edəcəyik.
“Şərq tərəfdaşlığı”nın çoxtərəfli formatına gəlincə, onu da hesabdan silib atmağa dəyməz. Bəli, biz özümüz üçün Ermənistanla hansısa əməkdaşlığı, yəni “27+6” formatını istisna edirik. Bu məsələdə bizim mövqeyimiz hansısa dəyişikliyə uğramayıb. Nə qədər ki, erməni silahlı qüvvələri ölkəmizin işğal olunmuş ərazilərini tərk etməyib, Brüsseldə və digər Avropa paytaxtlarında istədikləri kimi, istər Avropa Qonşuluq Siyasəti, istər Şərq tərəfdaşlığı və ya hansısa digər proqramın himayəsi alrında olursa-olsun, bu, mümkün deyil. Hərçənd ki, bu, həmin formatda bizim əsil dostluq, qarşılıqlı faydalı və etimad münasibətlərinin qurduğumuz digər ölkələrlə, məsələn, Qara dəniz və Baltik regionu ölkələrilə sərfəli əməkdaşlığa etinzasızlıq göstərilməsi üçün əsas ola bilməz.
Bizim “Şərq tərəfdaşlığı” layihəsində iştirakımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir edir?
AB-nin Azərbaycanla imzaladığı bütün əsas sənədlərdə, hər şeydən əvvəl, 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq haqda Sazişdə (TƏS) ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı olaraq tanınır. Bundan başqa, 2006-cı ilin noyabrında qəbul olunan və Avropa Birliyi arasında ikitırəfli əməkdaşlığın özünəməxsus “yol xəritəsi” olan AB-Azərbaycan Fəaliyyət Planında Avropa Birliyi öz üzərinə “ATƏT MQ-nin münaqişənin nizamlanması üzrə səylərinə BMT TŞ-nin qətnamələrinə və ATƏT-in sənəd və qərarlarına uyğun əsasda siyasi dəstək göstərmək”lə bağlı konkret öhdəlik götürüb. Biz AB və ona üzv ölkələrin “Şərq tərəfdaşlığı” proqramını reallaşdırdıqları zaman da bu prinsipial mövqeyi qoruyub saxlayacaqlarına ümid edirik. Başa düşdüyümüz kimi, “Şərq tərəfdaşlığı” proqramı Avropa Qonşuluq Siyasəti və Fəaliyyət planının inkişafı ilə bağlı qəbul edilir.
Rusiya XİN-in “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı ehtiyatlı mövqeyi RF KİV-də dəfələrlə səsləndirilib. Moskvanın bu narahatlığını necə şərh etmək olar?
Doğrudan da, Rusiyanın rəsmi şəxslərinin bu məsələ ilə bağlı bir sıra bəyanat və şərhlərdə “Şərq tərəfdaşlığı” layihəsinin yeni təsir sahəsinin yaradılması cəhdi, Rusiyaya qarşı yönəlmiş proses olmaması və AB-nin inkişaf etdirdiyi inteqrasiya proseslərinin postsovet məkanında inteqrasiya prosesləri ilə ziddiyyət təşkil etməli olmaması ilə bağlı dəfələrlə tezislər səsləndirməsinə Bakıda diqqət yetiriblər.
Bu cür vurğulamalar bizdə yalnız təəccüb və təəssüf doğurur. Çünki keçmiş SSRİ məkanında yaranmış yeni müstəqil dövlətlər kiminsə xarici siyasət obyekti və ya təsir sahəsi uğrunda rəqabətli mübarizədə mübahisə predmeti deyil, dünya siyasətinin bərabərhüquqlu və suveren subyektləridir. Bu cür yanaşma əlbəttə, bizim üçün qəbuledilməzdir. “Şərq tərəfdaşları”nın özlərinin “avrointeqrasiya maraqları” var və onlar anlaşmaya və hörmətə layiqdir. Yeri gəlmişkən, bu maraqlar bir çox hallarda Rusiyanın maraqları ilə üst-üstə düşür. Axı Rusiyanın özü də AB ilə “dörd məkan”da fəal şəkildə əməkdaşlığı inkişaf etdirir və bunu bir çox “Şərq tərəfdaşı”ndan daha uğurla edir. Mən hətta deyərdim ki, bizim Avropaya inteqrasiya planında Rusiyadan əxz edə biləcəklərimiz var. Ölkəmiz üçün tamamilə aktual olan humanitar əməkdaşlıq sahəsindən yalnız bir misal gətirəcəyəm. 2006-cı ilin mayında Rusiya keçmiş SSRİ ölkələrindən birinci olaraq Avropa Birliyi ilə vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş bağlayıb. Bu saziş Rusiya və AB vətəndaşlarına bir-birinin sərhədini daha sərbəst şəkildə keçməyə, humanitar əlaqələr həyata keçirməyə imkan verir. Elm və mədəniyyət xadimləri, rəsmi nümayəndə heyətləri, idmançılar və tələbələr, jurnalistlər və sahibkarlar – RF və AB vətəndaşlarının bütün bu kateqoriyaları bizim ölkəmizin vətəndaşlarından fərqli olaraq qarşılıqlı olaraq daha güzəştli əsaslarla viza alırlar və bu, Rusiya ilə AB arasında elmi, təhsil və mədəni əməkdaşlığın daha dinamik inkişafının ən vacib amilidir. Buna görə də biz bir-birimizin xarici siyasətində hansısa gizli, məxfi mövzular axtarmalı deyil, əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmalıyıq.
Sonda bir daha vurğulayım ki, “Şərq tərəfdaşlığı” rəsmi Bakı tərəfindən ciddi layihə kimi nəzərdən keçirilir və bu layihədə iştirak ölkəmizin beynəlxalq və regional mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu təşəbbüsün gerçəkləşdirilməsində bizim əyani iştirakımız həmçinin iqtisadiyyatın və sosial sahənin bu və ya digər sektorlarında islahatların keçirilməsi ilə bağlı daxili tapşırıqların həllinə, qanunvericiliyin və həyat standartlarının Avropa stnadartlarına uyğunlaşdırılmasına müsbət təsir göstərə bilər. Bu isə ölkə prezidenti İlham Əliyevin dəfələrlə və bütün səviyyələrdə qoyduğu strateji tapşırıqdır
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət