Azərbaycan "Şərq tərəfdaşlığı" (ŞT) layihəsinə Avropa Birliyi ilə münasibətlərin möhkəmləndirilməsi üçün yeni və vacib format kimi baxır. Bu barədə Azərbaycanın Prezident Adsministrasiyasının sektor müdiri Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
"Ölkə prezidenti İlham Əliyev “Şərq tərəfdaşlığı” layihəsinə yeni və mühüm format kimi baxır. Bu, Azərbaycanla AB arasında münasibətləri möhkəmləndirə bilər və möhkəmləndirməlidir və bu çərçivədə siyasi, sosial-iqtisadi, humanitar sahələrdə bizim ölkəmiz və cəmiyyətimiz üçün aktual olan məsələlərin həlli məqsədilə birgə yeni layihələrin reallaşması zəruridir", - deyə F.Axundov bildirib.
"Diqqəti yönəltmək istədiyim əsas məqam odur ki, AB-nin yeni layihəsinin əsas məqsədləri prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsas vektorları ilə - ölkə daxilində islahatların möhkəmləndirilməsi, AB və ona üzv ölkələrlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması - tam üst-üstə düşür. Fikrimcə, bizim “Şərq tərəfdaşlığı” layihəsinə marağımızın əsası və eyni zamanda AB-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasının səbəbi bundadır", - deyə o qeyd edib.
"Şərq tərəfdaşlığı” rəsmi Bakı tərəfindən ciddi layihə kimi nəzərdən keçirilir və bu layihədə iştirak ölkəmizin beynəlxalq və regional mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu təşəbbüsün gerçəkləşdirilməsində bizim əyani iştirakımız həmçinin iqtisadiyyatın və sosial sahənin bu və ya digər sektorlarında islahatların keçirilməsi ilə bağlı daxili tapşırıqların həllinə, qanunvericiliyin və həyat standartlarının Avropa stnadartlarına uyğunlaşdırılmasına müsbət təsir göstərə bilər. Bu isə ölkə prezidenti İlham Əliyevin dəfələrlə və bütün səviyyələrdə qoyduğu strateji tapşırıqdır”.
Bu zaman F.Axundov qeyd edib ki, ŞT layihəsinin paralel olaraq iki – ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiriləcəyinə baxmayaraq, Azərbaycan ikitərəfli formata üstünlük verir.
“Şərq tərəfdaşlığı”nın çoxtərəfli formatına gəlincə, onu da hesabdan silib atmağa dəyməz. Bəli, biz özümüz üçün Ermənistanla hansısa əməkdaşlığı, yəni “27+6” formatını istisna edirik. Bu məsələdə bizim mövqeyimiz hansısa dəyişikliyə uğramayıb. Nə qədər ki, erməni silahlı qüvvələri ölkəmizin işğal olunmuş ərazilərini tərk etməyib, Brüsseldə və digər Avropa paytaxtlarında istədikləri kimi, istər Avropa Qonşuluq Siyasəti, istər Şərq tərəfdaşlığı və ya hansısa digər proqramın himayəsi alrında olursa-olsun, bu, mümkün deyil. Hərçənd ki, bu, həmin formatda bizim əsil dostluq, qarşılıqlı faydalı və etimad münasibətlərinin qurduğumuz digər ölkələrlə, məsələn, Qara dəniz və Baltik regionu ölkələrilə sərfəli əməkdaşlığa etinzasızlıq göstərilməsi üçün əsas ola bilməz", -deyə F.Axundov bildirib.
O qeyd edib ki, Azərbaycan ölkə sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa Birliyi öz prinsipial mövqeyini ŞT layihəsi reallaşdırılan zaman da qoruyub saxlayacağına ümid edir.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət