Gürcüstanın nümayəndə heyəti bazar ertəsi Cenevrədə başlanacaq məsləhətləşmələrdə ötən ilin avqustunda Gürcüstan və Cənubi Osetiya tərəfdə saxlanılan gürcü və osetinlərin “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi haqda məsələ qaldırmaq niyyətindədir. Bu barədə jurnalistlərə Gürcüstanın nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Giorgi Bakeriya məlumat verib.
"Bundan başqa, biz Rusiya ilə onun tərəfindən kobud şəkildə pozulan bundan əvvəl əldə olunan sazişin yerinə yetirilməməsi ilə bağlı məsələni də qoyacağıq",- deyə o əlavə edib.
Qafqazda təhlükəsizlik və sabitlik üzrə məsləhətləşmələrin 5-ci raundu mayın 18-19-da Cenevrədə baş tutacaq. Bundan əvvəl yayılan məlumatlara görə, Abxaziyanın nümayəndə heyəti Cenevrəyə uçmaqdan imtina edib. Rusiya tərəfi isə Cenevrədəki məsləhətləşmələrdə güc tətbiq edilməməsi və Gürcüstana silah satışına embarqo qoymaq barədə məsələ qaldıracaq.
Danışıqların bundan əvvəlki raundunda tərəflər gürcü-osetin münaqişəsi zonasında insidentlərin aradan qaldırılması barədə razılaşmaya nail ola bilmişdilər. Sənəd tərəflərin üzərinə qruplar yaratmaq və intensiv görüşlər keçirməklə bağlı öhdəlik qoymuşdu.
Ötən ilin oktyabrından ABŞ, Rusiya, AB, BMT və ATƏT-in vasitəçiliyi ilə Cenevrədə keçirilən məsləhətləşmələrdə gürcü, abxaz və Cənubi Osetiya tərəfi iştirak edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət