İtaliya polisi məşhur neopolitan mafiyası Kamorraya qarşı keçirdiyi reydin yekunları üzrə 68 nəfəri həbs edib.
Hüquq-mühafizə orqanları həbs olunanların hamısının mafiya tayfasından ayrılmış qrupun üzvləri olduğunu təsdiqləyir. Onlar qətllərdə, narkotiklərin qanunsuz dövriyəsində və pulların yuyulmasında şübhəli bilinirlər. Bu barədə Britaniyanın BBC teleradio korporasiyası çərşənbə günü məlumat verib.
Polis həmçinin, apardığı əməliyyatlar nəticəsində 5 mln. avro həcmində vəsaiti müsadirə etməyə nail olub.
Reydlər bu qrupun başçısı Rafaele Amatonun İspaniyada həbs olunmasının ardından keçirilib. R.Amato İtaliya və İspaniya polisinin İspaniyanın cənubuinda yerləşən Marbelya kurort şəhərində keçirdiyi birgə əməliyyat nəticəsində həbs edilib.
O, 1991-1993-cü illəri əhatə edən dövrdə 8 qətl hadisəsi törətməkdə və kokain ticarətində iştirakda ittiham olunur. Polis R.Amatonun 2006-cı ildən bəri ədalət məhkəməsindən gizləndiyini və uydurma ad altında İspaniyanın Kosta del Sol sahillərində yaşadığını bəyan edir.
İtaliya hakimiyyəti Kamorranı silah və narkotiklərin ticarəti sahəsində nüfuz dairəsi hüdudları uğrunda qanlı müharibəni qızışdırmaqda günahlandırır. Polis bildirir ki, son bir neçə il ərzində onlarla adam bu qarşıdurmanın qurbanı olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət