Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində tədbirlərdə iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Proqram çərçivəsində iyunun 8-12-də Bakıda NATO Neapol Birləşmiş Komandanlığının çoxmillətli birgə çevik qüvvələri üçün kurslar keçiriləcək. Kurslarda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bundan əlavə, respublika hərbçiləri iyunun 15-19-da Xorvatiyanın Zaqreb şəhərində quru qoşunlarının hərbi hazırlığının qiymətləndirilməsi üzrə kurslarda, iyunun 16-18-də Madriddə rabitə və informasiya sistemi üzrə işgüzar görüşdə iştirak edəcəklər. Həmçinin hərbçilər iyunun 27-dən iyulun 12-dək Türkiyədə “Cooperative Mako-2009” tədbirində iştirak edəcəklər.
Müdafiə Nazirliyinin nümayəndələri iyunun 9-dan 13-dək Çernoqoriyada təlimlərin planlaşdırılması üzrə “Combined Endevor-2009” və Bakıda “Eternity-2009” konfransında iştirak edəcəklər. Hərbçilər həmçinin iyunun 24-25-də Astanada keçiriləcək Avroatlantik Tərəfdaşlıq Şurasının təhlükəsizlik üzrə forumunda iştirak edəcəklər.
ABŞ ilə ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində hərbçilər Bakıda iyunun 8-12-də sülhməramlı əməliyyatların aparılması sahəsində kəşfiyyatın dəstəklənməsi üzrə seminarda, iyunun 13-16-da Sofiyada Qara və Xəzər dənizlərində təhlükəsizlik üzrə simpoziumda iştirak edəcəklər.
Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində iyunun 1-14-də Azərbaycanın paytaxtında hərbi hazırlıq və döyüş davamlılığı üzrə təlimlər keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət