Fransa və Azərbaycan arxeoloqları Tovuz rayonu ərazisində aşkar olunmuş qədim yerdə tarixi abidələrin araşdırılmasına başlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin bölgə bürosu məlumat verib.
“Aparılan araşdırmalar eneolit (mis-daş əsri) dövrünə məxsus qədim məskənin tarixi abidələrinin konkret dövrünün dəqiq müəyyən olunması üçün mühüm xarakter daşıyır”,-deyə agentliyin bölgə bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Fərhad Quliyev məlumat verib.
“Bu gün sovet dövrünün elmi nəzəriyyələrinə yenidən baxılır və bu araşdırmalar göstərir ki, Azərbaycanda oturaq həyat tərzindən xəbər verən yer daha qədim dövrə məxsusdur”,-deyə o əlavə edib.
Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərasizində yerləşən və eramızdan 5 min il əvvələ məxsus qədim məskəndə aparılan qazıntılar nəticəsində eneolit dövrünü əks etdirən xarabalıqlar, mənbələr, sümükdən hazırlanmış əşyalar, gil qablar, daş və dəmir alətlər aşkar edilib.
Fransa-Azərbaycan beynəlxalq ekspedisiya qrupunun arxeoloqları da həmin yerdə “Menteş” adlanan və 160 kv.metr sahəni əhatə edən kurqan tipli qədim qəbiristan aşkar ediblər. Arxeoloji qazıntılar zamanı kurqanda 30-dan çox insan skeleti və onlara məxsus məişət əşyaları aşkar edilib.
Öz növbəsində beş nəfərdən ibarət Fransa arxeoloji qrupunun rəhbəri Bertil Lionet bildirib ki, tapılan materiallar tarixi dəyərə malikdir. “Burada yaşamış insanların etnik mənsubiyyəti, onların məşğuliyyətləri, dəmir alətləri necə hazırlamaları və onlardan necə istifadə etmələri bizim üçün çox maraqlıdır. Qazıntılar həmin dövrün flora və faunasının öyrənilməsinə də imkan verir”,-deyə B.Lionet vurğulayıb.
Fransa-Azərbaycan beynəlxalq ekspedisiya qrupu 2010-cu ilədək qazıntıları davam etdirəcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət