Azərbaycan parlamenti cümə günü “Qeyri-hökumət təşkilatları haqqında” qanuna düzəlişlərin qəbul edilməsi məsələsinin müzakirəsinə başlayıb. Bu düzəlişlər QHT-lərin fəlaiyyətində xaricilərin iştirakının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
«Bu düzəlişlər QHT-in fəailiyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlib», - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov düzəlişləri Milli Məclisə təqdim edərkən bəyan edib.
Qanunun 9.4-cü və 7.5-ci maddələrinə edilən düzəlişlərə uyğun olaraq, Azərbaycanda daimi yaşamaq hüququna malik olmayan və vətəndaşlığı olmayan xarici vətəndaşlar QHT təsisiçisi ola bilməzlər. Qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbəri QHT-lər tərəfdən Azərbaycan vətəndaşlarından təyin olunur.
24.2-ci maddəyə dəyişikliklərə görə, QHT-nin əmlakının 50%-dən çoxu xarici mənbələrin hesabına maliyyələşdirilə bilməz.
7.7-ci maddəyə dəyişikliklərə görə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının, həmçinin onların filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir.
Bundan əlavə, qanunun 16.2-ci maddəsinə düzəlişlərə əsasən Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının, onların filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı Azərbaycanla xarici dövlət arasında bağlanmış beynəlxalq müqavilə əsasında həyata keçirilir.
16.4-cü maddəyə düzəlişlərə görə, QHT-nin fəaliyyətinə yalnız hüquqi şəxs qismində dövlət qeydiyyatından sonra yol verilir. Hüquqi şəxs kimi qeydiyyatdan keçməyən QHT adından çıxış edən şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Öz fəaliyyətini davam etdirdiyi halda, belə QHT-lərin fəaliyyəti məhkəmənin qərarı ilə dayandırıla bilər.
Qanunun 16.3-cü maddəsinə edilən düzəlişlərə görə, qeyri-hökumət təşkilatlarını qeydiyyata alan dövlət orqanı bu QHT-in onlar tərəfindən terrorizm, çirkli pulların yuyulması və sairənin mümkün maliyyələşdirilməsi ilə əlaqələrinin yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərir. Öz növbəsində, müvafiq icra hakimiyyəti orqanları sorğuya 30 gün ərzində cavab verməlidir. Qanunun 12.1-1 maddəsinə düzəlişlər qeyri-hökumət təşkilatları tərəfindən yaradılan fondun nizamnamə kapitalı azı 50 min manat təşkil etməlidir.
Bununla yanaşı, ölkənin bir sıra qeyri-hökumət təşkilatları cümə günü QHT haqqında qanuna əlavə və dəyişikliklərin qəbul edilməsinə etiraz olaraq parlamentin binası qarşısında icazəsiz piket keçirməyə cəhd göstəriblər. Aksiyanın qarşısının alınması zamanı insident qeydə alınmayıb və onun iştirakçıları aksiyanın qətnaməsini parlament aparatına təqdim ediblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət