Qarabağ münaqişəsinin tezliklə həllinin mümkünlüyü barədə Rusiya prezidenti Dmitri Medvedyevin ötən gün Bakıda verdiyi bəyanat nikbinlik doğurur. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib.
“Qarabağ probleminin tezliklə həll olunmasının mümkünlüyü barədə D.Medvedyein bəyanatı Azərbaycan cəmiyyətinin münaqişənin ədalət və beynəlxalq hüquq prinsipləri üzrə nizamlanacağına ümidini artırır”,-deyə Ə.Əhmədov çərşənbə axşamı Milli Məclisin iclasında bildirib.
Müsavat Partiyasından olan deputat Nəsib Nəsibli isə Qarabağ nizamlanmasında qanunverici orqanın rolunun artırılmasına dair qanun layihəsini parlament rəhbərliyinə təqdim etmək niyyətində olduğunu bildirib.
“Qarabağ məsələsində parlamentin rolunun artırılması vacibdir. Çünki bu problem uzun müddətdir ki, həll olunmamış qalıb. Milli Məclis bu məsələyə dair qərar layihəsini hazırlamalıdır”,-deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, onun hazırladığı sənəddə icra hakimiyyətinin Qarabağa dair milli proqramı hazırlayaraq təsdiq olunmaq üçün parlamentə təqdim etməsi nəzərdə tutulur. Öz növbəsində parlament ilin sonunadək milli proqram çərçivəsində müzakirələr aparmalıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət