Azərbaycan-Rusiya sərhəddində RF ərazisinə qanunsuz keçmək istəyən bir qrup muzdlu əcnəbi saxlanılıb. Bu barədə RF daxili işlər nazirinin müavini, general-polkovnik Arkadi Yedelev jurnalistlərə bildirib.
"İndi xarici dövlətin dəvəti ilə nazirliyin bir qrup əməkdaşı işləyir. Rusiya-Azərbaycan sərhəddində RF sərhəddini keçməyə çalışan bir neçə nəfər muzdlu saxlanılıb. Onlar arasında Fransa və Avstriya vətəndaşları var", - deyə A.Yedelev qeyd edib.
"Hazırda bütün bu materiallar sənədlərlə əsaslandırılır və diplomatik kanallar vasitəsilə müvafiq instansiyalara göndəriləcək", - deyə DİN başçısının müavini bildirib.
O, Şimali Qafqazda vəziyyətlə bağlı jurnalistlərin suallarına cavab verərək deyib ki, "tez-tez KİV-də Şimali Qafqazda vəziyyətin ağır olması, “qara taun”un Çeçenistan Respublikasının hüdudlarını keçməsi barədə nəşrlər və məqalələr çıxır.
A.Yedelevin sözlərinə görə, "heç bir çoxalma yoxdur". "Mən deyərdim ki, bu, lider Umarovun (çeçen döyüşçülərinin lideri Doku Umarov - İF) buraxdığı son ehtiyatlardır", - deyə nazir müavini vurğulayıb.
O qeyd edib ki, 1998-ci ildə çeçen separatçılarının liderləri Dağıstana silahlı hücuma hazırlaşarkən onlar RF ilə müharibəyə hazırlaşıblar. "Bunu Masxadov (Aslan Masxadov, “İçkeriya”nın keçmiş prezidenti - İF) gizlətmirdi. Hərbi Akademiyanı bitirmiş bir şəxs kimi o yaxşı başa düşürdü ki, müharibəyə hazırlaşmaq üçün RF ərazisində gizli fəaliyyətin də əsası qoyulmalıdır", - deyə A.Yedelev bildirib.
RF daxili işlər nazirinin müavini həmçinin deyib ki, hələ 2002-ci ildə FTX yaraqlıların “Şimali Qafqazda ictimai asayişin və sabitliyin pozulması məqsədilə ehtiyatda olan bandityönümlü qurumları federal qüvvələrə qarşı cəlb etməsi cəhdlərini” pqoqnozlaşdırmışdı.
A.Yedelov qeyd edib ki, iyun-iyul aylarında federal qüvvələr İnquşetiya, Çeçenistan və Dağıstanda xüsusi əməliyyatlar keçiriblər. “Həmin əməliyyatların nəticələri üzrə RF ərazisində fəaliyyət göstərən banda birləşmələrində xarici muzdlu döyüşçülərin iştirakına dair sənədli materiallar əldə olunub.
O, banda birləşmələrinin sayı barədə sualı cavablandırmayıb. “Bu rəqəm bir qədər daimidir və banditlərin təhlükəsizlik tədbirləri ilə müəyyən edilir, digər tərəfdən isə bu, dərs ilini başa vurduqdan sonra özünü həm döyüşçü, həm də kişi kimi görmək istəyən düşüncəsiz gənclərin hesabına artmağa meyllidir”,-deyə A.Yedelev vurğulayıb.
O deyib ki, Şimali Qafqazda banda birləşmələrinə qarşı müqavimətdə kompleks tədbirlərdən istifadə olunmalıdır. Bura həm güc strukturlarının, həm də dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və müsəlman təşkilatlarının hərəkətləri daxildir.
RF daxili işlər nazirinin müavini A.Yedelev DİN Kabardin-Balkar üzrə ekstremizm əleyhinə Mərkəzin və xüsusi təyinatlı dəstənin fərqlənən əməkdaşlarını hökumət mükafatları ilə təltif etmək üçün Nalçikə gəlib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət