Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin hərbiçiləri ABŞ-da keçirilən dənizdə antiterror əməliyyatları üzrə aylıq kurslara başlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu tədbir Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq planı əsasında keçirilir.
Bundan başqa azərbaycanlı hərbiçilər avqustun 6-7-də Almaniyanın Qarmiş-Partenkirxen şəhərində keçiriləcək “Regional cavab-2010” səhra təlimlərinə dair konsepsiyasının hazırlanması üzrə konfransda iştirak edəcəklər. Müdafiə Nazirliyinin nümayəndələri adı çəkilən ikitərəfli plan çərçivəsində avqustun 8-15-də Dəniz Piyada Kopusunun tədris mərkəzi ilə tanış olmaq üçün Kaliforniyada səfərdə olacaqlar.
Azərbaycan hərbiçiləri avqustun 8-dən sentyabrın 5-dək Bakıda HDQ xüsusi təyinatlı qüvvələrin təlimlərində və İsveçrənin Lüsern şəhərində (16-29 avqust) qərargah zabitlərinin hərbi terminologiya kurslarına qatılacaqlar.
Həmçinin Amerika-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində azərbaycanlı hərbi qulluqçular üçün ingilis dili üzrə çoxsaylı kursların keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, azərbaycanlı hərbiçilər “Kapitan karyera kursları”nda (7-12 sentyabr 2009-cu il və 4 yanvar – 11 mart 2010-cu il, ABŞ, San-Antonio), «Bölük komandirlərinin kursları»nda (5 yanvar-26 mart 2010-cu il, San-Antonio, ABŞ), Bioloji və toksik silaha dair konvensiyana üzv ölkələrin illik ekspert görüşündə (24-28 avqust, Cenevrə), beynəlxalq hərbi hüququn inkişafı kurslarında (26 avqust 2009-cu il – 18 iyun 2010-cu il, San-Antonio, ABŞ) və D.Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzinin Ali Təhlükəsizlik Elmləri Proqramı çərçivəsində növbəti kurslarda (25 avqust – 18 dekabr, Qarmiş-Partenkirxen, Almaniya) iştirak edəcəklər.
Eləcə də bir sıra digər dövlətlərlə əməkdaşlıq planları əsasında bəzi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, Türkiyə ilə müvafiq plan əsasında azərbaycanlı hərbçilərin avqustun 10-14-də xüsusilə çətinləşdirilmiş komando marşrutları üzrə (İsparta, Türkiyə), Türkiyənin Quru Qoşunları məktəbinin buraxılışında (29-31 avqust, Ankara), minaların zərərsizləşdirlməsi metodları üzrə kurslarda (31 avqust-11 sentyabr, İzmir, Türkiyə) iştirakı nəzərdə tutulub.
Avqustun 2-7-də Azərbaycanla İordaniya arasında analoji hərbi əməkdaşlıq planı çərçivəsində İordaniya Silahlı Qüvvələri Kral Mühəndis Korpusunun respublikaya səfəri baş tutacaq.
Pakistanla mövcud olan plan əsasında isə bu ölkənin HDQ komandanı, admiral Noman Bəşir avqustun 4-8-də Azərbaycana səfər edəcək. Bundan başqa, avqustun 11-14-də Pakistan HHQ nümayəndə heyəti aviasiya texnologiyaları və simulyasiya sistemləriinin inkişafı sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün respublikaya gələcək.
Belorusla ikitərəfli plan çərçivəsində avqustun 7-12-də bu ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Litva ilə əməkdaşlıq planı çərçivəsində isə azərbaycanlı hərbi qulluqçular 2009-ci il 10 avqust – 2010-cu il 18 iyun tarixində Estoniyanın Tartu şəhərində keçiriləcək Baş qərargah və birləşmiş komandanlıq kurslarında iştirak edəcəklər.
Almaniya ilə əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri avqustun 24-28-nə Ankarada keçirilməsi planlaşdırılmış strateji müdafiə icmalında və AFR Quru Qoşunlarının informasiya iclasında (31-avqust-2 sentyabr, Myünster, Hannover, Niderzaxsen, Almaniya) iştirak edəcəklər.
Böyük Britaniya ilə əməkdaşlıq planı çərçivəsində azərbaycanlı hərbçilər hərbi müşahidəçilərin kurslarında (31-avqust-18 sentyabr, Vişkov, Çexiya) və MEDCEUR-2009 təlimlərində (31 avqust – 14 sentyabr, Nis, Serbiya) iştirak edəcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət