2010-cu ildə Azərbaycan regionlarına büdcə subsidiyalarının həcmi cari illə müqayisədə 6,3% - 729 mln. 764,987 min manadək azalacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2010-cu ildə Maliyyə Nazirliyi yerli büdcə gəlirlərində və xərclərində bəzi azalmaları proqnozlaşdırır. Əsasən yerli büdcələrin gəlirləri 462 mln. 983,913 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari il üçün proqnozlaşdırılan səviyyədən 2,6% azdır. Öz növbəsində xərclər 4,1% -1 mlrd. 192 mln. 748,9 min manatadək azalacaq”,-deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə yalnız Bakının büdcəsi kəsirsiz olacaq. Əsasən Bakının büdcəsinin gəlirləri və xərcləri 117 mln. 443,067 min manat təşkil edəcək və 2009-cu illə müqayisədə 0,3% azalacaq.
Mənbə qeyd edib ki, respublika tabeliyində olan digər 9 şəhər və 66 rayon gələn il dövlət büdcəsindən subsidiya alacaqlar.
2010-cu ildə respublika tabeliyində olan şəhərlər arasında ən böyük subsidiyanı Sumqayıt – 17 mln. manat, Gəncə – 31 mln. 12,812 min manat, Şəki – 19 mln. 442,333 min manat, Mingəçevir – 18 mln. 313,749 min manat alacaq.
Gələn il dövlət büdcəsindən ən böyük həcmdə subsidiyanı Ağdam - 25 mln. 394,657 min manat, Tovuz - 20 mln. 642,872 min manat, Şəmkir - 20 mln. 266,256 min, Cəlilabad – 19 mln. 668,196 min manat alacaq.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 10 mlrd. 15 mln. manat, xərcləri 11 mlrd. 264 mln. kəsir 1 mlrd. 249 mln. manat və ya ÜDM-in 3,9%-i həcmində proqnozlaşdırılır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət