Bank Respublika 2009-cu ildə aktivlərini 10,3% - 347,9 mln. manatadək azaldıb. Bu barədə bankın məlumatında deyilir.
Qeyd olunur ki, aktivlərin azalması kredit portfelinin 196,6 mln. manatadək aşağı düşməsi, konservativ kreditləşmə və bank risklərini idarəetmə siyasətinin aparılması ilə bağlıdır.
Bankın aktivlərinin strukturunda kredit portfelinin payı 56,5%-ə bərabərdir.
2009-cu ilin yekunları üzrə bankın depozitləri 162,3 mln. manat (artım 19,5%), o cümlədən əhalinin əmanətləri 94,5 mln. manat (artım 47,3%) təşkil edib.
Məlumatda vurğulanır ki, 2009-cu ildə bank müştərilər və beynəlxalq maliyyə təşkilatları qarşısında öhdəliklərin vaxtında icrasını təmin etmək üçün yüksək likvidiyin dəstəklənməsinə xüsusi diqqət ayırıb.
Cari ilin əvvəlinə bankın məcmu kapitalı 55,5 mln. manat (artım 28,2%), nizamnamə kapitalı 30,6 mln. manat (artım 35,4%) təşkil edir.
2009-cu ildə bankın gəlirləri 54,9 mln. manat, xərcləri 46,9 mln. manat, vergiöncəsi mənfəət 8 mln. manat olub.
Məlumatda qeyd olunur ki, ötən il bank 6 yeni regional filial açaraq filial şəbəkəsini genişləndirib. Bu filiallar ölkə regionlarında özəl sektorun inkişafına və bank xidmətlərinin genişlənməsinə şərait yaradacaq.
Bank “Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üvzü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT” (“25% + 1 səhm” həcmində səhm paketinə malikdirlər) var.
Bank “Respublika” 2009-cu ilin I yarısının yekunlarına əsasən, “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 202-ci, Azərbaycan bankları sırasında isə 5-cı yeri tutub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət