Donetskin Kirov rayon Prokurorluğu yanvarın 17-də Ukraynada prezident seçkilərinin birinci turunda Gürcüstan vətəndaşlarının saxta sənədlərdən istifadə etməsi faktı üzrə cinayət işi qaldırıb. Bu barədə Donetsk şəhər rəhbəri Aleksandr Lukyançenko məlumat verib.
“Donetsk Kirov rayon Prokurorluğu Ukrayna Cinayət Məcəlləsinin 358-ci maddəsinin 1 və 3-cü hissələri – saxtakarlıq və saxta sənədlərdən istifadə etmə üzrə cinayət işi qaldırıb. Məlum olub ki, Gürcüstan “müşahidəçiləri” adlanan şəxslər saxta sənədlərdən istifadə ediblər”,-deyə A.Lukyançenko çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Donetskdə 400-500 “müşahidəçi” qalıb.
“Miqrasiya xidmətinin məlumatına görə, hazırda şəhərdə 400-500 Gürcüstan vətəndaşı qalıb. Onlar yeni taktika seçiblər: şəxsi mənzillərdə yerləşərək ikinci turu gözləyirlər. Mən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Qriqol Katamadzeyə məktub göndərərək bu faktla bağlı narahatlığımı bildirdim və MSK-da müşahidəçi kimi qeydiyyatdan keçməyən gürcü müşahidəçilərin Ukraynaya gəlməsinə yol verilməməsini xahiş etdim”,-deyə Donetsk meri vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət