Gürcüstanın Nazirlər Kabineti çərşənbə günü işğal olunmuş ərazilər üzrə strategiyanı təsdiqləyib. Bu barədə hökumətin iclasından sonra reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bəyan edib.
Onun idarəsi bu sənədin hazırlanması ilə məşğul olub. Bu işə ekspertlər, Gürcüstan cəmiyyətinin nümayəndələri və elmi dairələr cəlb edilib.
"Bu, dövlətin işğal olunmuş ərazilərə münasibətdə bütün mövzuları əks etdirən hərtərəfli sənəddir", -deyə o, bu gün “Gürcüstan ərazisində açıq işğalın aparıldığını və ilhaqın da mümkün olduğunu” qeyd edib.
"Hamı gürcü dövlətinin nə etmək niyyətində olduğu barədə suala cavab alacaq. Bu, Gürcüstan dövlətinin atmaq niyyətində olduğu addımların hərtərəfli görüntüsüdür. Biz istənilən təcridə yox deyirik, çünki işğal olunmuş ərazilərdə bizim vətəndaşlarımız yaşayır və biz onları rus işğalçılarına təslim edə bilmərik", -deyə o qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar “işğal olunmuş ərazilərdəki vətəndaşlarımızın təhsil, tibbi xidmət imkanları əldə etmələri, onların bütün ölkədə gedən proseslərdə iştirak edə bilmələri üçün fəal siyasət yürüdüləcək”.
Dövlət naziri bildirib ki, strategiyanın mətni gürcü, rus və ingilis dillərində idarənin saytında yerləşdiriləcək.
"Biz Cenevrə görüşündə bu strategiyanı təqdim etmək istəyirik, fevralın 3-də isə mən onu Brüsseldə Avropa Şurasına təqdim edəcəyəm. Daha sonra onunla ATƏT, NATO, AB və BMT də tanış olacaq", - deyə nazir bildirib.
T.Yakobaşvili qeyd edib ki, "münaqişənin güc yolu ilə həlli yoxdur. Çünki o, Rusiya ilə hərbi toqquşmanı ehtimal edir". "Bu isə bizə lazım deyil və ümid edirik ki, Rusiya dövləti hərbi ritorikadan imtina edəcək", - deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət