Azərbaycan parlamenti Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinin Azərbaycan Konstitusiyasına müvafiq dəyişdirilməsini nəzərdə tutan konstitusiya layihəsini birinci oxunuşda qəbul edib.
“Bu düzəlişləri iki hissəyə ayırmaq olar. Birinci hissə 2009-cu il martın 18-də referenduma daxil edilmiş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlıdır, ikincisi isə NMR-in daxili məsələlərinin həllinə yönəlib”, - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çərşənbə axşamı Milli Məclisin iclasında bəyan edib.
Onun sözlərinə görə, konstitusiya qanununun bu layihəsinin təklif etdiyi əlavələr onu nəzərdə tutur ki, eyni zamanda Naxçıvan Muxtar Respublikanın icraiyyə və qanunverici orqanlarının rəhbəri funksiyalarını yerinə yetirən Ali Məclisin sədri NMR-in yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının prezidentinə təqdimat verəcək. Bundan əlavə, A.Hüseynov qeyd edib ki, təklif edilən əlavələrdə NMR Ali Məclisinin sədri tərəfindən ali xüsusi rütbələrin verilməsinə, dövlət mükafatları ilə təltif edilməyə dair Azərbaycan Respublikasının prezidentinə təkliflər verməsi nəzərdə tutulub.
Əlavələrə əsasən, Naxçıvan Ali Məclisinin iclasları açıq şəkildə keçirilir. Lakin NMR Ali Məclisinin 31 deputatının tələbi ilə və NMR Ali Məclis sədrinin təklifi ilə qapalı iclas keçirilə bilər.
A.Hüseynov bildirib ki, bu layihə NMR-in Ali Məclisində 2009-cu il iyunun 30-da müzakirə edilib və Konstitusiya tələblərinə əsasən altı aydan sonra qəbul edilib. Daha sonra isə layihə Azərbaycan prezidentinə göndərilib və prezident baxılması üçün layihəni parlamentə təqdim edib.
Azərbaycan Konstitusiyasına görə, Konstitusiya qanunları respublika parlamenti tərəfindən iki oxunuşda üçdə iki səs çoxluğu və oxunuşlar arasında altı aylıq fasilə ilə qəbul edilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət