Azərbaycanda fəaliyyət göstərən banklar, sığorta və təkrar sığorta şirkətləri 2009-cu ildə əldə etdikləri mənfəətdən 145 min manatını 2010-cu ildə nizamnamə kapitalının artırılmasına yönəltməyi planlaşdırırlar. Bu barədə vergilər naziri Fazil Məmmədov cari ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasda məlumat verib.
"Maliyyə sektorunun sabitliyini təmin etmək üçün qanunvericiliyə düzəlişlər edilib. Bu düzəlişlərə əsasən, bankların və sığorta (təkrar sığorta) şirkətlərinin nizamnamə kapitalının artırılmasına yönəltməyi planlaşdırdığı mənfəətin bir hissəsi mənfəət vergisindən azad edilir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə banklar, sığorta və təkrar sığorta şirkətləri 145 mln. manat məbləğində güzəştdən istifadə etmək barədə qərar qəbul ediblər.
Xəbər verildiyi kimi, Milli Məclis 2008-ci il oktyabrın 28-də keçirilən iclasında “Bankların, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” qanunu qəbul edib. Bu qanuna görə, banklar, sığorta və təkrar sığorta şirkətləri 2009-2011-ci illərdə əldə etdikləri mənfəəti kapitallaşmanın artırılmasına yönəldə və mənfəət vergisi üzrə güzəştlər ala biləcəklər.
Bu cür vergi güzəştinin verilməsi maliyyə sektorunun inkişafına, bank və sığorta xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, bankların, sığorta və təkrar sığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsinə və bu strukturların kapitallaşma səviyyəsinin artırılmasına yönəlib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət