İsrailin “Azadlıq donanması”na hücumu “bəşəriyyətə və beynəlxalq hüquqa qarşı cinayətdir” və Bakı bu münaqişədə Türkiyənin tərəfində durdu. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bəyan edib.
“Bakının mövqeyi tamamilə Türkiyənin maraqlarına müvafiqdir, Azərbaycan həm hökumət, həm də ictimaiyyət tərəfindən tam dəstək göstərib”, - deyə politoloq cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “İsrailin törətdiklərinə bəraət qazandırmaq olmaz”.
Politoloq qeyd edib ki, Yaxın Şərqdə idarəolunmaz vəziyyətin yaranmasında məhz İsrail günahkardır. O bildirib ki, İsrail heç bir super dövlətə bu regionda möhkəmlənməyə imkan verməyib, lakin son zamanlar İran, bu yaxınlarda isə Türkiyə də burada öz rolunu oynamağa çalışır. “Lakin Türkiyənin hakim dairələri öz istiqamətlərini müəyyənləşdirməli və qəti tədbirlərdən çəkinməlidirlər”, - deyə M.Əhmədoğlu söyləyərək, Ankaranın bu yaxınlarda izah olunmayan addımlar ataraq İsraildəki səfirini geriyə çağırdığını, lakin tezliklə onu yenidən göndərdiyini xatırladıb.
Azərbaycanlı politoloq bu yaxınlarda İranın ehtiyacları üçün uranın zənginləşdirilməsi haqqında İran və Braziliya ilə üçtərəfli müqavilənin imzalanmasında Türkiyənin rolunu alqışlayıb.Lakin bununla yanaşı o qeyd edib ki, bu addım ABŞ-ın Tehranın nüvə proqramına dair narahatçılığını azaltmayacaq. “İran nüvə proqramı olmadan da az təhlükə yaratmır və təkcə amerikalılar üçün deyil, öz qonşuları üçün də problem yaradır. Bundan əlavə, İran Mərkəzi Asiyada möhkəmlənməyə cəhd edir və Tacikistan və Qırğızıstanı Özbəkistana qarşı yönəldərək orada antirusiya əhval-ruhiyyəsi yayır”, - deyə M.Əhmədoğlu qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət