Azərbaycan Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandomu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
“Azərbaycanın rəhbərliyi transmilli beynəlxalq terrorizm, müstəqil miqrasiya, insan alveri, narkotik və silahın qanunsuz dövriyyəsi ilə mübarizəyə böyük əhəmiyyət verir”, - deyə nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Bakıda Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Balli ilə görüşündə DİN rəhbəri Ramil Usubova istinadən bildirilib.
Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin MDB məkanında sonuncu yerlərdən birini tutduğunu vurğulayıb. “Azərbaycanda kriminogen durum nəzarətdədir”, - deyə R.Usubov qeyd edib.
Nazirin sözlərinə görə, ölkənin hüquq-mühafizə orqanları ilk növbədə, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, vətəndaşların, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşamaları üçün əlverişli şərait yaradıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət