Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi iolması və buna görə də heç bir xarici qüvvənin ona müdaxilə etməyə ixtiyarı olmaması barədə bəyanatı ilk növbədə bu dövlətin daxili siyasi qüvvələrinə ünvanlanıb. Rusiya Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovski belə düşünür.
“Bu məsələyə yalnız hüquq nöqteyi-nəzərdən yanaşsaq Azərbaycan prezidenti tamamilə haqlıdır: Rusiya və bütün dünya birliyi tərkibi hissəsi Dağlıq Qarabağ olan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir”, - deyə o çərşənbə axşamı “İnterfaksa” bildirib.
Bununla yanaşı Ostrovski vurğulayıb ki, “digər tərəfdən bu problemin nizamlanması perspektivləri həm Azərbaycanın özü üçün, həm də beynəlxalq vasitəçilər üçün çoxdandır ki, milli çərçivədən çıxıb”.
Ostrovski qeyd edib ki, Rusiya və dünya birliyinin bir sıra digər nümayəndələrinin bu problemin həlli axtarışına qoşulmasından etibarən, bu yalnız Ermənistan vəAzərbaycan arasında ikitərəfli münaqişə çərçivəsindən kənara çıxıb.
“Mən əminəm ki, Azərbaycan prezidenti kimi müdrik insan yaxşı anlayır ki, onun belə ritorikası dünya birliyi üçün qəbuledilməzdir, lakin parlament seçkilərinə hazırlaşan Azərbaycanın özündə daxili siyasi qüvvələr tərəfindən yaxşı qəbul ediləcək”, - deyə A.Ostrovski söyləyib.
O əminliyini bildirib ki, Azərbaycan rəhbərliyi Rusiyanın vasitəçi qismində iştirakı ilə bu problemin həlli yollarını axtarmağa davam edəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət