“Meliorasiya və su təsərrüfatı” SC Şabran və Siyəzən rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğularının tikintisi üçün podratçının seçilməsi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-dən məlumat verilib.
Tenderin şərtlərinə görə, Şabran rayonunda su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğularının tikintisi üçün bu sahədə təcrübəyə malik olan şirkətlər dəvət olunur. Bundan başqa, şirkətlər son 5 il ərzində yerinə yetirilmiş tikinti işlərinin həcminə görə $52 mln. məbləğində orta illik dövriyyəyə malik olmalıdır.
Siyəzən rayonunda su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğularının tikintisi üçün şirkətlər son 5 il ərzində yerinə yetirilmiş tikinti işlərinin həcminə görə $40 mln. məbləğində orta illik dövriyyəyə və $7 mln. məbləğində nağd vəsaitlər dövriyyəsinə malik olmalıdırlar.
Bu rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər Dünya Bankının kredit vəsaitləri və Azərbaycan hökumətinin vəsaitləri hesabına həyata keçiriləcək.
Tenderdə iştirak üçün təkliflər 26 noyabr 2010-cu il tarixinə qədər təqdim olunmalıdır.Tender proseduru 26 noyabr 2010-cu il tarixində keçiriləcək.
Xəbər verildiyi kimi, Azərbaycan və DB 2008-ci ilin sentyabrın 5-də regionlarda su təchizatının yaxşılaşdırılması üçün $260 mln. həcmində əlavə kreditin ayrılması barədə saziş imzalayıblar. Əlavə kredit ölkənin 22 rayonunda su təchizatı və kanalizasiya sistem və qurğularının yenidən qurulmasına sərf olunacaq. Kreditin ümumi məbləğindən $230 mln.-u Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) şərtləri ilə dörd il güzəşt dövrü olmaqla 17 ilə və 30 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) şərtləri ilə 10 il güzəşt dövrü olmaqla 35 il müddətinə verilib.
Regionlarda su təchizatının yaxşılaşdırılmasının davam etdirilməsi üzrə layihənin ümumi dəyəri $410 mln. təşkil edir. DB-nin əlavə kreditindən başqa, onun həyata keçirilməsinə Azərbaycan hökuməti $150 mln. ayıracaq.
Xəbər verildiyi kimi, 2007-ci ildə DB ölkə regionlarının və paytaxtın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına dair layihənin reallaşması üçün Azərbaycana $230 mln. həcmində kredit verib. Bu layihənin həyata keçirilməsinə daha $80 mln. Azərbaycan hökuməti ayırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət