Bakıda ATƏT-in qiymətləndirmə missiyasının oktyabrın 7-13-də işğal altında olan Dağlıq Qarabağ ətrafı rayonlara səfərin yeklunlarına dair obyektiv və ədalətli hesabat hazırlayacağına ümid edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Çünki bu bizim torpaqlardır və erməni tərəfindən oradakı bütün binalar dağıdılıb, bütün tarixi abidələrimiz, məsçid və evlərimiz dağıdılıb və qarət olunub”,- deyə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2010-cu ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasda bildirib.
“Bütün bunlar erməni vandalları tərəfindən törədilib, orada (işğal altında olan ərazilərdə - İF-Az) olan maddi dəyərlər erməni qarətçiləri tərəfindən oğurlanıb”, - deyə prezident əlavə edib.
O bildirib ki, Azərbaycan öz ərazilərinin işğal altında olması ilə heç zaman barışmayacaq. “İşğal altında olan ərazilərdəki cinayətlər erməni faşizminin vəhşi üzünü göstərir. Biz bunu bilirik. Çox yaxşı ki, dünya ictimaiyyəti bir daha əlavə məlumat alacaq. Ümid edirəm ki, bu obyektiv olacaq və həqiqəti əks etdirəcək” , - deyə prezident bildirib.
Qarabağın tarixən Azərbaycan torpağı olmasını qeyd edərək, İ.Əliyev vurğulayıb ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin edilməsi üzrə prinsipial mövqeyindən əl çəkməyəcək.
O həmçinin bildirib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi inkişaf ayrılığı illər ötdükcə daha da artacaq və güclü hərbi potensiala malik Azərbaycan tərəfi işğal altında olan ərazi problemini həll edəcək.
O vurğulayıb ki, 2011-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 2,5 mlrd. manat ($3,125 mlrd.) təşkil edəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət