ATƏT-in Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir nəticə vermədi. Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanatında deyilib.
“ATƏT-in Astana sammitinin nəticəsiz yekunları, Dağlıq Qarabağ probleminin həlli məsələsində hər hansı bir irəliləyişin və ciddi sənədlərin yoxluğu bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq təşkilatlara ümidləri mənasızdır”, – deyə QAT vurğulayıb.
Bəyanatda o da bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri növbəti dəfə yalnız münaqişənin sülh yolu ilə həlli çağırışı ilə kifayətləndilər. “Bu isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasına, yəni Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına gətirib çıxarır. Ermənistan prezidenti Serj Sarqsyan yenə də Astanada abırsız bəyanatlarla çıxış etdi, “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyacağı ilə hədələdi”, - deyə bəyanatda vurğulanıb.
Bununla əlaqədar olaraq QAT Azərbaycan diplomatiyasını hazırkı vəziyyətə doğru qiymət verməyə və müvafiq ciddi nəticələr çıxarmağa səsləyir. “Biz Minsk qrupu çərçivəsində danışıqlardan imtina etməliyik. Bu cür danışıqlar yalnız Ermənistanın maraqlarına xidmət edir və torpaqlarımızın işğalı rejiminin saxlanmasını təmin edir”, - deyə QAT qeyd edib.
Təşkilat danışıqlara son qoymağa və işğal olunmuş torpaqların azad edilməsi üzrə hərbi əməliyyatlara başlamağa çağırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət