Azərbaycanda sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır və bununla əlaqədar bu ildən ölkədə rüşvətxorluğa qarşı mübarizə gücləndirilib. Bu barədə prezident İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə bəyan edib.
“Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb”, - deyə o bildirib.
“Biz Azərbaycanda bu xoşagəlməz halları aradan qaldırmalıyıq. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.
Fevralın 9-da Tovuz rayon sakinləri ilə söhbət zamanı İ.Əliyev respublikanın ümumi, o cümlədən regionların inkişafından məmnunluq bildirib. O, yaxın bir neçə il ərzində əsas kənd yollarının yaxşı vəziyyətə çatdırılacağına əminlik ifadə edib.
Prezident bəyan edib ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük addımlar atıb. “İndi əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik və ixrac da edirik. Amma gələcəkdə başqa ölkələrin bazarlarına hazır, keyfiyyətli məhsullarla çıxmalıyıq. Bu gün hələlik, biz qeyri-neft məhsullarımızı qonşu ölkələrə ixrac edirik, yəni bizim üçün əsas bazarlar qonşu ölkələrdir. Amma gələcəkdə Avropa bazarlarına daha da geniş şəkildə çıxmalıyıq. Bunu etmək üçün bizdə istehsal edilən məhsullar Avropa İttifaqının standartlarına uyğun olmalıdır. Bunu da biz artıq görürük, bizdə yaradılan müəssisələrin bir çoxu o standartlara cavab verir. Beləliklə, Azərbaycanın ixrac potensialı çoxşaxəli, daha da geniş olacaq, daha çox gəlir gətirəcək və insanların həyat səviyyəsi yaxşılaşacaq”, - deyə İ.Əliyev qeyd edib.
O xatırladıb ki, bu il Azərbaycan müstəqilliyinin 20 illik yubileyini qeyd edəcək. “Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub”, - deyə dövlət başçısı söyləyib.
“Biz Azərbaycanın dövlətçiliyini, ictimai-siyasi quruluşunu müdafiə edirik və müdafiə edəcəyik. Bu, bizim yolumuzdur. Bu yolu Azərbaycan xalqı seçib. Biz bu yolla gedəcəyik və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu, inkişaf yoludur, müasirlik yoludur”, - deyə prezident vurğulayıb.
İ.Əliyevin Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılış mərasimində baş tutub. Uzunluğu 53 kilometr olan yol 21 min nəfər əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir. Yol boyunca çaylar üzərində bir neçə körpü, suötürücü, dayanacaq tikilib, 9 körpü əsaslı təmir edilib.
Bundan başqa, İ.Əliyev fevralın 9-da Tovuzda yeni salınmış mədəniyyət və istirahət parkının və Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib, rayonda tikilən beşulduzlu mehmanxananın layihəsi ilə tanış olub, eləcə də Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində tikilmiş süd emalı zavodunun açılışına qatılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət