“AzSigorta” şirkətinin xalis mənfəəti 2010-cu ildə 5 mln. 639,944 min manat təşkil edib ki, bu da 2009-cu il göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyilə təsdiqlənmiş maliyyə hesabatına görə, 2010-cu ildə şirkətin gəlirləri 13 mln. 646,154 min manat təşkil edib. Sığorta tədiyələri 15 mln. 249,850 min manat, vəsaitlərin təkrar sığortaya verilməsindən komisyon haqlar 334,570 min manat, investisiya gəlirləri 877,963 min manat təşkil edib. 2010-cu ildə şirkətin xalis sığorta ehtiyatları 2 mln. 886,929 min manat azalıb ki, bu da gəlirlərin azalmasına gətirib çıxarıb. Hesabat dövründə qalan gəlirlər başqa maddələr üzrə əldə olunub.
Şirkətin 2010-cu ildə xərcləri 7 mln. 7,201 min manat təşkil edib. O cümlədən sığorta ödənişlərinin həcmi 1 mln. 378,579 min manat, tədiyyələr üzrə qaytarmalar 41,111 min manat, sığorta işlərinin aparılması üzrə 4 mln. 244,602 min manat, təkrar sığortaya verilən risklər 962,784 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2010-cu ilin yekunlarına görə, şirkətin vergidən əvvəlki mənfəəti 6 mln. 638,953 min manat, xalis mənfəəti 5 mln. 639,944 min manat təşkil edib.
2010-cu ildə şirkətin aktivləri 75,9% artaraq 18 mln. 935,232 min manata, öhdəliklər 35,7% artaraq 8 mln. 274,713 min manata, məcmu kapital 2,3 dəfə artaraq 10 mln. 660,519 min manata çatıb. Həmçinin ötən il şirkətin nizamnamə kapitalı 4 mln. manatdan 4 mln. 643,683 min manata qədər artıb.
Bundan əlavə, 2010-cu ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 89,9% artaraq 10 mln. 182,726 min manat təşkil edib.
“AzSigorta” sığorta fəaliyyəti üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. Şirkət 2010-cu ilin yekunları üzrə tədiyə yığımı üzrə Azərbaycanın üç aparıcı sığorta şirkəti sırasına daxil olub. Şirkət sığortanın 28 növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. Bunlardan 24-ü könüllü, 4-ü icbari sığorta növləridir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət