Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dünya maliyyə böhranından çıxmaq üçün regionun inkişaf edən ölkələrinə dəstək göstərməyə hazırdır. Bu barədə AYİB-in məlumatında qeyd edilir.
2011-ci ilin mayın 20-21-də Astanda (Qazaxıstan) AYİB səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"AYİB fəaliyyətinin 20 illik ildönümü ilə üst-üstə düşmüş iclasda ölkələr daha tarazlaşdırılmış və dayanıqlı iqtisadi artıma hazırlaşdıqca gələcəkdə əsas diqqət bazarların sonrakı inkişafına, islahat prosesinin və investisiya fəaliyyətinin əsas məsələlərinin qiymətləndirilmələrinə ayırılacaq”, - deyə məlumatda deyilir.
AYİB-in qiymətləndirilmələrinə əsasən regionda iqtisadiyyatın bərpa edilməsi prosesi ümumiyyətlə tam sürətlə gedir. Lakin bununla yanaşı, yeni risklər yaranır və qeyri-müəyyənlik amili saxlanır.
Dünya böhranından yeni inkişaf edən bazarları olan ölkələr arasında ən çox AYİB-in əməliyyatları olan region ölkələri zərər çəkib və onlarda müşahidə edilən bundan çıxış prosesləri qeyri-müntəzəm gedir.
"AYİB böhrandan çıxış proseslərinə dəstək göstərməyə, ölkələrin iqtisadi göstəricilərinin yaxşılaşması üçün lazım olan hər bir şeylə təmin etməyə çalışacaq. Bu xüsusilə o şəraitdə aktual əhəmiyyət kəsb edəcək ki, ölkələr dünyanın başqa regionlarında inkişaf edən bazarlarla uğurla fəaliyyət göstərən bir sıra ölkələrlə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün rəqabət mübarizəsini aparır”, - deyə məlumatda deyilir.
AYİB gələcəkdə də Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə investisiyalar, həmçinin böhrana qədər olan həcmlərdən daha böyük həcmlərdə investisiyalar həyata keçirmək və onların həcmini 8,5–9 mlrd. avroya çatdərmaq məqsədini qarşıya qoyub.
Ənənəvi İşgüzar forum çərçivəsində islahatlar sahəsində əsas tələblərə baxılacaq, forum özü bu il "Bazarlara dəstək – Asiya və Avropanın görüşü" şüarı altında keçəcək.
İclasda əhəmiyyətli problemlər, həmçinin iqtisadiyyatların bərpasının təminatı üçün lazımlı islahatların analizi və məzmunu, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması məsələləri, kənd təsərrüfatı istehsalı potensialının mənimsənilməsi yolu ilə ərzaqların qiymət problemlərin həlli, milli məzənnələrdə əməliyyat aparan bazarların inkişafı müzakirə ediləcək.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB Azərbaycanla əməkdaşlıq etdiyi dövr ərzində ölkədə infrastruktur sahəsində, korporativ, enerji və maliyyə sektortorlarında 114 layihənin həyata keçirilməsi üçün $1,6 milyarddan çox kredit ayırıb. 2011-ci il üçün bank respublikada $100 mln. məbləğində layihələr maliyyələşdirməyi proqnozlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət