Azərbaycan və Monteneqro arasında siyasi fikir ayrılıqlarının olmaması başqa sahələrdə də ikitərəfli əməkdaşlığın müvəffəqiyyətini şərtləndirir. Bu barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib.
"Bizim aramızda siyasi sahədə heç bir problem yoxdur, hər iki tərəfin əlaqələri inkişaf etdirməyə böyük marağı və arzusu var", - deyə İlham Əliyev cümə günü Bakıda Monteneqro prezidenti Filipp Vuyanoviç ilə danışıqlardan sonra mətbuat üçün bəyanatla çıxış edərək qeyd edib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq məsələləri hər iki dövlətin diqqət mərkəzində olmalıdır. Bununla yanaşı prezident energetika və nəqliyyat sahələrində əməkdaşlıq perspektivlərini ayrıca qeyd edib.
İ.Əliyev bildirib ki, Qarabağ münaqişəsi ətrafında danışıqların gedişatı haqqında Filipp Vuyanoviçə məlumat verib, tərəflər həmçinin avroatlantik strukturlara inteqrasiya məsələsi barədə fikir mübadiləsi aparıblar.
Öz növbəsində F.Vuyanoviç qarşılıqlı investisiya qoyuluşu üzrə tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edib. "Mənim Azərbaycana indiki səfərim münasibətlərimizin yeni mərhələyə keçməsini bildirir", - deyə o bildirib.
Monteneqro prezidenti bildirib ki, onun ölkəsi BMT-nin və Avropa təşkilatlarının Qarabağ problemi üzrə mövqeyini dəstəkləyir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət