Milli Məclis çərşənbə axşamı plenar iclasda Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin iclasda iştirak edən müxbiri xəbər verir.
İclasda maliyyə naziri Samir Şərifov qeyd edib ki, dövlət büdcəsinin müzakirəsinin gedişatında deputatlar tərəfindən səsləndirilmiş təkliflərin öyrənilməsindən sonra hökumət layihəyə bir sıra dəyişikliklərin edilməsi haqqında qərar qəbul edib.
Dövlət büdcəsinin gəlirləri 1,6 mln. manat artırılıb və 16 mlrd. 438 mln. manat təşkil edəcək. Eyni zamanda, dövlət büdcəsinin xərcləri 87,6 mln. manat - 17 mlrd. 72 mln. manata qədər artırılıb.
Dövlət büdcəsinin kəsiri 86 mln. manat - 634 mln. manata qədər və ya 2012-ci ildə ölkədə proqnozlaşdırılan ÜDM-nin 1,45%-i səviyyəsində artırılıb.
Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, SOCAR şirkətinin balansında olan diaqnostik mərkəzlərin, xəstəxanaların və mədəniyyət saraylarının səhiyyə, mədəniyyət və turizm nazirliklərinin balansına verilməsi haqqında qərar qəbul edilib. Bununla əlaqədar olaraq dövlət büdcəsində 61 mln. manat məbləğində əlavə xərclər nəzərdə tutulub.
Maliyyə naziri bildirib ki, əlavə xərclər strukturunda 2012-ci ildə parlamentin saxlanmasına xərclər smetası 671 min manat artırılıb, istefada olan hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılmasına əlavə olaraq 1,4 mln. manat, qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyinin göstərilməsinə – 1 mln. manat, bələdiyyələrə dotasiyalara – 1,5 mln. manat, məişət zorakılığı ilə mübarizədə parlamentlərarası əməkdaşlığa - 100 min manat yönəldiləcək.
Bundan başqa, son zamanlar respublikada büdcə işçilərinin maaşlarının, əmək haqqının minimal məbləğinin artırılması, mənzil kommunal xidmətlərinin bəzi növlərinə tariflərin yenidən nəzərdən keçirilməsi, icra hakimiyyəti orqanlarının birləşdirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib və bu məqsədlərə dövlət büdcəsində əlavə olaraq 20 mln. manat vəsaitin nəzərdə tutulması zərurəti yaranıb.
S.Şərifov qeyd edib ki, əlavə xərclər strukturunda səhiyyə sahəsinin maliyyələşdirilməsi 63,3 mln. manat, təhsil - 7,1 mln. manat, mədəniyyət - 4,6 mln. manat, sosial müdafiə və əhalinin sosial təminatı - 4,2 mln. manat, ümumdövlət xərcləri - 4,2 mln. manat, nəqliyyat və rabitə - 3,9 mln. manat artırılacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət