2006-cı il yanvarın 1-dən etibarən sosial sığorta fərdi uçot sisteminə keçid Dövlət Sosial Müdafiə Fondunun gəlirlərini 4 dəfə artrmasına şərait yaradıb. Bu barədə DSMF sədri Səlim Müslümov məlumat verib.
DSMF məlumatında qeyd edilir ki, S.Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüş keçirib.
Görüş zamanı S.Müslümov məlumat verib ki, 2006-cı ildən etibarən sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1,3 mln. nəfərdən 1 mln. 967 min nəfərə qədər artıb. Bu müddət ərzində sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib, ancaq buna baxmayaraq, fondun gəlir və xərcləri 4 dəfə artıb.
Bundan başqa, 2006-cı ildən etibarən pensiyaların minimal məbləği 3,4 dəfə, pensiyanın ortaaylıq məbləği – 5 dəfə artıb.
Fondun rəhbəri vurğulayıb ki, DSMF sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, Fondun fəaliyyətinin avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində islahatları davam etdirməyi planlaşdırır.
Bununla yanaşı, o qeyd edib ki, sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi sahəsində ABŞ TİA ilə “Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan qrant haqqında Saziş” və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində işlər aparılır.
Xəbər verildiyi kimi, 2011-ci ilin yekunlarına görə DSMF-nin gəlirləri 2 mlrd. 120 mln.manat, xərcləri 2 mlrd. 118 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət