Azərbaycanın karbohidrogen ehtiyatları 10 mlrd. ton şərti yanacaq həcmində qiymətləndirilir. Bu barədə Сохраненная копияВы уже поставили +1 этой странице. ОтменитьARDNŞ geologiya, geofizika və yataqların işlənilməsi üzrə birinci vitse- prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı rəsmi mətbuatda dərc edilən müsahibədə bildirib.
“İndiyə qədər Azərbaycanda çıxarılan nerft -kondensat ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı - 2,55 mlrd.kubmetr həcmində qiymətləndirilib. Indi neft və kondensat ehtiyatlarının 2 mlrd. ton və qaz ehtiyatlarının 3,45 trln. kubmetr proqnozlarına əsasən, ölkənin ümumi karbohidrogen ehtiyatları 10 mlrd ton şərti yanacaq həcmində qiymətləndirilir”, - deyə X.Yusifzadə qeyd edib.
O bildirib ki, 2012-ci ildə Azərbaycanda quruda və dənizdə geoloji-kəşfiyyat işləri davam etdiriləcək.
“Abşeron” və “Ümid” yataqlarının struktrunda qazılan quyuların istifadəsi planlaşdırılır, kəşfiyyat qazma işləri davam etdiriləcək və istismar qazma işlərinə başlanılacaq. 2012-ci ildə SOCAR və xarici şirkətlərin qazma işlərinin həcmi 280 min. metr səviyyəsində planlaşdırılır”, - deyə o bildirib.
Bununla yanaşı o bildirib ki, 2011-ci ildə SOCAR və xarici şirkətlər tərəfindən yerinə yetirilən qazma işlərinin həcmi 270 min. metr təşkil edib.
Birinci vitse- prezident əlavə edib ki, hazırda “Abşeron” struktrunda Fransanın “TOTAL” şirkəti tərəfindən ABX2 kəşfiyyat quyusunun qazma işləri həyata keçirilir. Quyunun layihə dərinliyi 7250 metrə bərabərdir. 2012-ci il yanvarın 1-nə quyunun dərinliyi 6874 metr təşkil edib.
“İlkin hesablamalara görə, “Abşeron” strukrtrunda ehtimal edilən karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir”, - deyə X.Yusifzadə bildirib.
O həmçinin qeyd edib ki, “Ümid” yatağında ikinci kəşfiyyat quyusunun (“Ümid-10”) qazılması davam etdirilir ki, 2012-ci ilin yanvarında bu quyunun dərinliyi 6170 metrə çatıb.
“SOCAR-ın ilkin hesablamalarına görə, Azərbaycanda ehtimal edilən karbohidrogen ehtiyatlarının 200 mlrd. kubmetri qaz, 40 mln. ton kondensat təşkil edir”, - deyə X.Yusifzadə qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət