Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə operator) səhmdarlarının dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişləri 2012-ci ilin yanvar ayında 291 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamentinin rəisi Zaur Fətizadə məlumat verilib.
“Bu 2012-ci ildə ABƏŞ səhmdarlarının mənfəət vergisi üzrə ilk ödənişidir (2011-ci ilin dördüncü rübündə fəaliyyətinin yekunlarına görə - İF-Az). Mənfəət vergisi üzrə növbəti ödəniş 2012-ci ilin aprel ayına planlaşdırılıb”, - deyə Z.Fətizadə bildirib.
Xəbər verildiyi kimi, ABƏŞ səhmdarları il ərzində 4 dəfə: yanvar, aprel, iyul və oktyabr aylarında dövlət büdcəsinə mənfəət vergisi üzrə ödəniş həyata keçirirlər.
2012-ci il üçün ABƏŞ-in dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişləri 810 mln. manat səviyyəsində nəzərdə tutulur.
2006-cı ildə ABƏŞ səhmdarları ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlərə başlayıblar. 2006-cı ildə onlar tərəfindən dövlət büdcəsinə 971,9 mln. manat, 2007-ci ildə - 1 mlrd. 961,5 mln. manat, 2008-ci ildə 2,15 mlrd. manat, 2009-cu ildə – 513,2 mln. manat, 2010-ci ildə – 741 mln. manat, 2011-ci ildə 1 mlrd. 385 mln. manat məbləğində mənfəət vergisi köçürülüb.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair müqaviləyə görə, ABƏŞ səhmdarları 25% dərəcəsi ilə mənfəət vergisi ödəyir.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: Böyük Britaniyanın “BP” (35,78), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət