Qədim şəhərin çertyojlarından imtina edərək İrəvanda yalnız XIX əsrin sonu - XX əsrin əvvəlinə aid olan binaları bərpa etmək niyyəti gülməli görünür. Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi sektorun müdiri Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib
“Necə olur ki, özünü Romadan daha qədim şəhər kimi göstərən İrəvan yalnız XIX əsrin sonu - XX əsrin əvvəlinə aid olan binaları bərpa edir?! Bu gülməlidir”, - deyə F.Axundov İrəvan icra hakimiyyətinin informasiya idarəsinin rəhbəri Artur Qevorkyanın erməni paytaxtının qədim görünüşünün bərpasında Azərbaycan tərəfinin köməyindən imtinasını şərh edərək bildirib.
“Biz artıq bütün lazımi layihələrə, çertyojlar, sənədlər və şəkillərə malikik”, - deyə İrəvan icra hakimiyyətinin informasiya idarəsinin rəhbəri Artur Qevorkyan əlavə edib ki, “Ermənistan paytaxtının yaxşı tanıyan kimi özünü göstərən və erməni tərəfində olmayan hansısa sənədlərə malik olduğunu təsəvvür edən birilərinin köməyinə ehtiyac yoxdur”.
F.Axundov qeyd edib ki, göründüyü kimi, İrəvanda həqiqi qədim şəhərə aidiyyatı olmayan şəxsi tarixi mərkəz yaratmaq istəyirlər.
“Əgər ermənilər XIX əsrin sonu - XX əsrin əvvəlindəki İrəvanı bərpa etmək istəyirlərsə, o zaman onun görünüşü rəssam-batalist Frans Rubonun 1893-cü ildə “İrəvan qalasının verilməsi 1 oktyabr 1827-ci il” şəklində təsvir edilib. Bu məhz XIX əsrin sonudur. F.Rubonun şəkilindən göründüyü kimi, XIX əsrin sonu - XX əsrin əvvəlində İrəvan tipik Azərbaycan şəhəri kimi görünürdü”, - deyə F.Axundov bildirib.
O vurğulayıb ki, Azərbaycanın bütün ərazisi boyu, həmçinin Gürcüstanda olduğu kimi, ən azı orta əsrlərə aid olan qədim tikililər var. Heç kəsin ağlına belə gəlmir ki, XX əsrin əvvəlinə aid binaları qədim tikililər adlandırsın. Həm Gürcüstanda, həm də Azərbaycanda bu yalnız gülüş doğura bilər, çünki bu Cənubi-Qafqaz ölkələrinin bir çox şəhərləri orta əsrlərə aid arxitektura abidələri ilə məşhurdur. Ermənistan yeganə ölkədir ki, burada bu cür abidələr qalmayıb”, - deyə o bildirib.
“Ermənistan bütün Azərbaycan abidələrini və arxitekturanı dağıdaraq yalnız alban xristian abidələrini Ermənistanın adı ilə qələmə verərək saxlayıb. Ermənilər bütün arxitekturanı məhv edib, azərbaycanlıları qovub və toponimləri əvəz edərək Azərbaycan sivilizasiyasına qarşı soyqırım törədib. İrəvanda süni tarixi mərkəzin yaradılması dünya ictimaiyyətindən bu soyqırımın izlərinin gizlədilməsi siyasətinin davamıdır”, - deyə o tamamlayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət