Xocalı faciəsini Sovet ittifaqının dağılması zamanı baş verən ümumi hadisələr kontekstində nəzərdən keçirmək lazımdır. Moskva Dövlət Universitetinin Postsovet Elmi-Tədqiqat Mərkəzinin baş direktoru, politoloq Aleksey Vlasov belə hesab edir.
“Zənnimcə, Sovet İttifaqının dağılmasına gətirən və iki respublika (Azərbaycan və Ermənistan) arasında münaqişəyə səbə olan hadisələri anlamadan biz Xocalıda baş verən hadisələri başa düşməyəcəyik”, - deyə A.Vlasov bəyan edib.
Cümə axşamı Bakıda keçirilən Xocalı faciəsinin iyirminci ildönümünə həsr edilən, Azərbaycan və Rusiya alimlərinin iştirakı ilə “dəyirmi masa”da çıxış edən A.Vlasov həmçinin postsovet məkanında baş verən hadisələrin qiymətləndirilməsi sistemindən imtina etməyə ehtiyacın olduğu barədə bəyan edin. “Cünki, söhbət qonşu, dost olan, neçə illər ərzində bir dövlət çərçivəsində yaşayan insanların qarşılıqlı məhv edilməsindən gedir. Bir çox şeydə Xocalıda baş verən hadisələri anlamaq ondan asılıdır ki, necə bir birinə qarşı antaqonizmin belə səviyyəsinə çatmaq mümkündür. Zənnimcə, Xocalıda baş verənlərin səbəbləri qəddarlığın səviyyəsinin müəyyən həddini keçmək vəziyyətindən asılıdır. Bu həddin keçilməsi bunu törədənlərin insanlıq simalarının itirilməsi deməkdir”, - deyə o vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov öz növbəsində, Azərbaycan və Rusiya tarixçilərinin Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçova qarşı məhkəməyə müraciətin mümkün olduğunu bəyan edib. “Məlumdur ki, Rusiyanın özündə və dünyanın bir çox ölkələrində onun Sovet İttifaqının rəhbəri kimi, hər hansı bir anormal qərarlarının pislənməsi müzakirə edilir”, - deyə A.İvanov qeyd edib.
A.İvanov qeyd edib ki, buna görə də Azərbaycan və Rusiya tarixçilərinə, həmçinin qonşu ölkələrin rəhbərliyinə, arxiv sənədləri vasitəsi ilə Xocalı hadisələrini öyrənmək, daha sonra 1980-ci ilin sonu 1990-cı ilin əvvəllərində baş verən hadisələrin xronikasını elan etmək lazımdır. Bu yəqin ki, gənclərə çox böyük təsir göstərəcək. Tarixçilər şəxsiyyətlər barədə məlumatı, xüsusilə Sovet ittifaqının prezidenti kimi Qorbaçovun, Rusiyanın birinci prezidenti Boris Yeltsinin və bir sıra qonşu ölkələrin rəhbərlərinin hərəkətlərini öyrənməlidirlər. Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normal vəziyyətə gətirilməsi üzrə ölkəmizin cəhdlərini donduranların əsl siması nə üçün göstərilməsin. Bu məlumatı məşhur internet-portallar vasitəsilə yaymaq mümkündür. Bu Azərbaycanın sülh təşəbbüslərinin (Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə – İF-Az) qarşısını alan bir çox şəxsin simasını əyani surətdə göstərərdi”, - deyə A.İvanov bəyan edib.
Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev öz növbəsində, dünya ictimaiyyətinə Xocalı əhalisinin yalnız milli mənsubiyyətə görə məhv edildiyi faktınının nümayiş edilməsinin vacibliyini qeyd edib. “Axı Xocalıda uşaqları, qadınları və qocaları öldürüblər. Onları yalnız milli mənsubiyyətə görə öldürüblər”, - deyə o bildirib.
Politoloq Fikrət Sadıxov Xocalı soyqırımı barədə düzgün və obyektiv məlumatın verilməsinə ehtiyac olduğunu vurğulayıb. “Erməni tərəfi bəyan edir ki, Xocalıya hücumdan öncə əhaliyə şəhəri tərk etmələri üçün dəhliz verib. Ancaq insanları məhv ediblər və hazırkı vəziyyətdə onlara dəhlizin verilib və ya verilməməsi heç bir məna məna kəsb etmir”, - deyə F.Sadıxov qeyd edib.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət