SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2007-2011-ci illərdə Gürcüstan iqtisadiyyatına $700 mln. investisiya qoyub. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə axşamı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyədən olan sahibkarların iştirakı ilə keçirilən biznes-forumda bəyan edib.
“Son 5 ildə Azərbaycan şirkətlərinin Gürcüstana qoyduqları investisiyaların ümumi həcmi $800 mln.-dan çoxdur. Bu dövrdə SOCAR şirkətinin investisiyaları $700 mln. təşkil edib. Onun törəmə şirkəti “Socar Georgia Petroleum” 2010-2011-ci illərdə Gürcüstanın neft məhsulları bazarında iri vergi ödəyicisi olub. 2011-ci ildə şirkətin investisiyaları $32 mln. təşkil edib”,- deyə İqtisadi İnkişaf Nazirliyinin məlumatında Ş.Mustafayevə istinadən bildirilib.
Nazir Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində 7 min iş yerinin açıldığını qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycanda Gürcüstan sərmayəsi ilə 106 şirkət, Gürcüstanda isə Azərbaycan sərmayəsi ilə 272 şirkət qeydiyyata alınıb. 2011-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 36% artıb.
İqtisadi inkişaf naziri vurgulayıb ki, SOCAR və digər Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına $4,5 mlrd. investisiya qoyublar. Hazırda Azərbaycanda Türkiyə kapitalı ilə 967 şirkət, Türkiyədə Azərbaycan kapitalı ilə 844 şirkət fəaliyyət göstərir. Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsi 2011-ci ildə 87% artıb.
O bildirib ki, biznes qurumları biznes-forumların keçirilməsi, işgüzar görüşlərin təşkili üzrə fəal iş aparırlar. Məsələn, Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi, Azərbaycanda ATİB və TÜSİAB, Gürcüstanda Azərbaycan İşgüzar Birliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyi fəaliyyət göstərirlər.
Ş.Mustafayev forumda qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər. Bununla yanaşı, o, növbəti üçtərəfli biznes forumun Azərbaycanda keçirilməsini təklif edib.
Tbilisidə keçirilən biznes-forumun təşkilatçıları AZPROMO, Türkiyənin TOBB təşkilatı və Gürcüstanın “İnvest in Georgia" Milli İnvestisiya Agentliyi olub. Belə üçtərəfli forumun keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti İham Əliyev çıxış edib.
Forumda ASK, tikinti, turizm, tekstil, enerji, daşınmaz əmlak, əzcaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Məlumatda qeyd edilir ki, Ş.Mustafayev səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla görüşüb. Görüşdə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət