Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə qarşıdan gələn prezident seçkilərində Vladimir Putinin Rusiya prezidenti seçilməsini dəstəklədiyini bəyan edir.
“Gizlətmirəm və səmimi bəyan edirəm ki, V. Putinin Rusiya prezidenti seçilməsinin tərəfdarıyam”, - deyə A.Paşazadə cümə günü Bakıda Moskva hökumətinin üzvlərini qəbul edərək bildirib.
“Mən və dostlarım V.Putinin Rusiya prezideni seçilməsi üçün hər cür dəstək göstərməyə hazırıq. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin gələcəkdə inkişafı ən çox bundan asılıdır”, - deyə o əlavə edib.
QMİ rəhbəri məlumat verib ki, Rusiyada Azərbaycan diasporası martın 1-də Moskvada V. Putinin namizədliyinə dəstək olaraq aksiya təşkil edir. "Biz V.Putinin həm prezidentliyi dövründə, həm də hazırda hökumətə rəhbərlik zamanı siyasətini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.
A.Paşazadə RF-nin hazırkı prezidenti Dmitri Medvedevlə aralarında yaxşı münasibətlərin mövcud olduğunu bəyan edib. “Dmitri Anatoliyeviç mənim evimdə qonaq olub, bizim çox yaxşı münasibətlərimiz var”, - deyə o bildirib. Bununla yanaşı, şeyxülislam təsdiq edib ki, V.Putinlə çoxdan tanışdır. “Bizim tanışlığımız ölkələrimizin tarixində çətin dövrünə təsadüf edib və bu münasibətlər zamanın sınağından keçib”, - deyə QMİ sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycanın siyasi rəhbərliyi Rusiya ilə münasibətlərin inkişafına xüsusi diqqət ayırır.
Moskva şəhər meriyasının regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqə departamentinin rəhbəri Yuri Artyux öz növbəsində A.Paşazadəyə iki ölkə arasında münasibətlərin inkişafına göstərdiyi dəstək üçün minnətdarlığını bildirib.
“Rusiyada və Moskvada nüfuzunuz, sizin əsaslı, inandırıcı və dəqiq sözləriniz, həmçinin həmyerlilərinizə seçkiqabağı dövrdə müraciətlərinizdə qısa və dürüst ifadələriniz çox yüksək qiymətləndirilir. İnanın ki, biz hər zaman bu barədə xatırlayırıq, həmçinin reallıqlarımızı düzgün qəbul etmənizə heç zaman şübhə etməmişik”, - deyə o bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət