Gənc müğəni Cəlal Əliyev Bakıda Heydər Əliyev Sarayında solo proqramla çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müğənni özü məlumat verib.
“Mayın 20-də solo konsertim keçiriləcək, burada ikisaatlıq proqram ərzində tamaşaçılara Azərbaycan, rus, ingilis, ispan və italyan dillərində mahnılar təqdim ediləcək”, - deyə C.Əliyev bildirib.
Onun sözlərinə görə, konsertdə həm dünya estrada hitləri, həm də xalq mahnıları ifa ediləcək. “Bundan başqa, duetlər olacaq, amma hələlik artistlərin adlarını açığlamayacağam”, - deyə o qeyd edib.
“Həmçinin, məşhur bəstəkarı Eldar Mansurovun mənim üçün yazdığı yeni mahnıları ifa etməyi planlaşdırıram. Mahnılar “Bakı gecələri” estrada orkestrinin müşayiəti ilə ifa olunacaq”, - deyə o qeyd edib.
Müğənni həmçinin məlumat verib ki, konsertin təşkili Heydər Əliyev Sarayının administrasiyasının təşəbbüsüdür. “Bu artıq mənim dördüncü solo, bu konsert meydançasında isə - ikinci konsertimdir”, - deyə C.Əliyev bildirib.
“May ayında Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar çoxlu sayda qonaqların gəlməsi gözlənilir və konsertin keçirilməsi yerinə düşəcək”, - deyə müğənni qeyd edib.
Cəlal Əliyev – bir çox musiqi müsabiqələrinin laureatı, “Bakı gecələri-2008” mahnı müsabiqəsinin əsas mükafatının sahibidir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət