1992-ci il 26 fevral tarixində Xocalının şəhərinin müdafiəsiz əhalisi üzərində törədilən soyqırımın 20 illiyi ilə əlaqədar Bakıda bir sıra sərgi və digər tədbirlər keçiriləcək.
Belə ki, faciənin qurbanları xatirəsinə fevralın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək.
Fevralın 24-də Milli Azərbaycan Tarix Muzeyində Xocalıda faciəli hadisələrin 20 illik tarixinə həsr edilən tədbir keçiriləcək. Tədbirdə Xocalı hadisələrinin şahidləri çıxış edəcək, şəkillərin nümayiş olunacaq.
Həmin gün Xətai Miniatür Sənət Qaleriyasında faciəli hadisələrin 20-illiyinə həsr edilən uşaq işlərinin sərgisi olacaq. Sərgi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xətai rayon İcra hakimiyyəti tərəfindən təşkil ediləcək.
Çərşənbə axşamı Muzey Mərkəzinin İncəsənət Qalereyasında Azərbaycan rəssamlarının faciə mövzusunda işlərindən ibarət ekspozisiyanın açılışı olub. Muzeydəki mənbənin məlumatına görə, tədbir Avropa Azərbaycan Cəmiyyətinin yardımı ilə təşkil edilib. Ekspozisiya fevralın 23-nə qədər davam edəcək.
Azərbaycan Dövlət İncəsənət muzeyi həmçinin, fevralın 24-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Xocalı qisasa çağırır” adlı səyyar sərgi təşkil edir.
Bütün müəssisələrdə, həmçinin teatr və paytaxt kinoteatrlarında matəm mitinqləri, konsertlər və sərgilərin keçirilməsi gözlənilir.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət