2012-ci ilin yanvar ayında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2011-cu ilin yanvar ayı ilə müqayisədə 47,6% - 242,495 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları üzrə lider olub. Onların investisiyalarının həcmi 99 mln. 706,6 min manat və ya bütün investisiyaların 26,3%-ni təşkil edib (artım 49,2%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 63 mln. 863,2 min manat (artım 2,5 dəfə) təşkil edib.
Bundan başqa, yanvar ayında Azərbaycan iqtisadiyyatına Yaponiya şirkətləri - 23 mln. 923,9 min manat (artım 1,9 dəfə) Norveç – 13 mln. 476,9 min manat (artım 1,9 dəfə), Türkiyə – 10 mln. 658,1 min manat (atım 1,9 dəfə), Fransa – 9 mln. 184,2 min manat, Italiya – 31,5 min manat investisiya qoyuluşları həyata keçiriblər.
Hesabat ayında beynəlxalq təşkilatlar sırasında Dünya Bankı 16 mln. 600,8 min manat (azalma 1,7 dəfə), Asiya İnkişaf Bankı – 5 mln. 49,8 min manat (azalma 1,8%) məbləğində investisiya qoyuluşları həyata keçiriblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət