Azərbaycan Qarabağ müharibəsində bəşəriyyətə qarşı yönələn cinayətlərdə ittiham edilən 287 şəxsin axtarışını elan edib. Bu barədə Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Kriminalistika şöbəsinin rəisi Mehman Poladov məlumat verib.
“Ümumilikdə, indiyə qədər Azərbaycan Baş prokurorluğunun birgə istintaq qrupu erməni işğalçılarının Azərbaycan torpaqlarında dünya və bəşəriyyətə qarşı yönəldilən törətdikləri cinayətlərlə əlaqədar 287 şəxsi məsuliyyətə cəlb etmək barədə qərar qəbul edib”, - deyə M.Poladov Xocalı soyqırımının 20-illiyinə həsr edilən Baş prokurorluğun təşkil etdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində 20 mindən artıq insan həlak olub, Azərbaycan vətəndaşlarının 50 mindən çoxu yaralanıb və əlil olub, 900 yaşayış məntəqəsi, 100 min yaşayış evi, 600-dən çox təhsil və 250 tibbi müəssisə, 1000 iqtisadi obyekt məhv edilib. “Bir çox yaşayış məntəqələri işğal edilib, burada yaşayan sakinlər sovet ordusunun 366 alayının hərbi qulluqçularının köməyi ilə Ermənistanın silahlı qüvvələri tərəfindən öldürülüb”, - deyə o qeyd edib.
Xocalı soyqırımı barədə məlumat verərək M.Poladov bəyan edib ki, “bu cinayəti törədən şəxslər milli mənsubiyyətə görə azərbaycanlıların məhv edilməsi məqsədi təqib ediblər. Soyqırımın aktını onlar xüsusi qəddarlığa yol verərək qəsdən, şüurlu şəkildə törədiblər. Xocalıda baş verən faciə yalnız Azərbaycana qarşı, həm də beynəlxalq hüquq normalarına, bəşəriyyətə qarşı yönəldilib”, - deyə o bildirib.
Kriminalistika şöbəsinin rəisi həmçinin, Azərbaycan tərəfinin Xocalıda baş verən faciəni beynəlxalq hüquq nöqteyi-nəzərindən soyqırım aktı hesab etməyə kifayət qədər əsası var. “İstintaq sübut edib ki, Xocalıda baş verən soyqırım Azərbaycana qarşı yönəldilib”, - deyə o bildirib.
M.Poladov həmçinin, 1988-ci ildə Ermənistanın azərbaycanlıların sıx yaşadıqları kənd və şəhərlərinə silahlı hücum barədə məlumat verib. Nəticədə Ermənistanın müasir ərazisindən 200 mindən artıq azərbaycanlı qovulub.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət