Azərbaycanın ənənəvi konfessiyaların liderləri Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar birgə müraciətlə çıxış ediblər.
“Biz dünya dövlətlərinin başçıları, parlament üzvləri, dini liderlər, müxtəlif ictimai təşkilatlardan Azərbaycan xalqına qarşı yönəldilən erməni ekstremistlərinin təcavüzünə prinsipial hüquq qiymət verməyi xahiş edirik”, - deyə cümə axşamı Bakıda keçirilən Xocalı soyqırımına həsr edilən konfransda oxunan müraciətin mətnində bildirilir.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Azərbaycanın Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov imzalayıblar.
Müraciətdə qeyd edilir ki, dünyada elə bir xalq, din ola bilməz ki, ümumbəşər mənəvi dəyərlərini inkar etsin, zorakılıq, qətl və təcavüz kimi qeyri-insani hərəkətlərə və qanlı cinayətlərə haqq qazandırsın.
Bundan başqa, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və b. çıxış ediblər.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət