Bazar ertəsi Moskvada Xocalı şəhərində törədilən soyqırımın 20-ci ildönümünə həsr edilən sənədli filmin nümayişi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filmin müəlliflərindən olan litvalı jurnalist Riçardas Lapaytis məlumat verib. .
“Bu filmi biz bir il müddətinə əsirlikdə olanlarla, xilas olan Xocalı sakinləri, jurnalistlərlə - baş verən hadisələr barədə danışa bilən hər kəslə keçirilən görüşlər əsasında çəkilib. Biz 20 il öncə baş verənlərin bütün təfislatı ilə konkret göstərmək istədik”, - deyə jurnalist bildirib.
Onun sözlərinə görə, film üzərində Litva və digər ölkələrdən olan jurnalistlərdən ibarət beynəlxalq qrup işləyib. “Yəqin sizə məlumdur ki, film üzərində işləyən qrup Ermənistan tərəfindən hazırda baş verənləri çəkmək üçün Xocalı şəhərinə keçmək istəyib. Lakin İrəvanda onları saxlayıblar, nəinki yalnız çəkiliş aparmağa, həm də aeroportun ərazisindən çıxmağa imkan verməyib deportasiya ediblər”, - deyə o bildirib.
R.Lapaytis məlumat verib ki, rus dilində çəkilən film Moskvadan sonra mart ayında Bakıda, sonra Londonda nümayiş etdiriləcək. “Biz həmçinin, filmi Kann və Venesiyada göstərməyi planlaşdırırıq”, - deyə o bildirib.
Litva jurnalistinin sözlərinə görə, Xocalıda baş verən hadisələr törədilən cinayətlərin xarakteri üzrə “soyqırım” anlayışına tam uyğundur.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət