Azərbaycan 2015-ci ilə qədər sementə tələbatını daxili istehsal hesabına 125% ödəyəcək. Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında belə bəyan edib.
“Biz ölkə daxilində tikinti materiallarının istehsalını artıracağıq. Hazırda sementə olan tələbatın 44%-i daxili istehsal hesabına ödənilir. 2013-cü ildə bu göstərici 75%, 2014-cü ildə 125% təşkil edəcək. Azərbaycanda yeni sement zavodları istifadəyə veriləcək və 2 ildən sonra bizim əlavə ixrac imkanlarımız olacaq”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, bu vəziyyəti nəzərə alaraq əlavə məhsulun hara satılacağı ilə bağlı sual yaranır.
“Bu gün sement bazarları uğrunda mübarizə gedir. Bizə sement satmaq istəyənlər çoxdur. Daxili tələbatımızı təmin edəndən sonra biz xaricdən sement almayacağıq. Buna görə biz bu gün sementi hara satacağımızı düşünməliyik, çünki 2014-cü ildə biz daxili istehsal hesabına sementlə 125 % təmin olunacağıq”, - deyə Prezident qeyd edib.
İ.Əliyev həmçinin, Gəncədə alüminiumyönümlü texnoparkın yaradılması təşəbbüsü ilə də çıxış edib. “Gəncədə alüminium zavodu açılıb. İstehsal həcmi ildə 50 min ton təşkil edir. Bu göstərici tədricən artaraq ildə 100 min, 200 min tona qalxacaq. Alüminium məhsullarının satışı ilə bağlı problem yoxdur. Buna görə zavodla yanaşı texnopark yaradılmalıdır. Biz özəl sektoru bura cəlb etməliyik. Dövlət tərəfindən texnopark zəruri infrastrukturla təmin ediləcək, özəl sektor hazır məhsulun istehsalını təşkil etməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Bununla belə, o əlavə edib ki, gələcəkdə alüminium məhsullarının ixracı təşkil edilməlidir. “Həm sahibkarlar, həm də İqtisadi İnkişaf Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır”,- deyə İ.Əliyev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət