Ermənistan Dağlıq Qarabağın separatçı rejimini tanısa, o zaman Azərbaycan ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə etməkdə haqlı olacaq. Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bəyan edib.
“Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyini” tanıması deməkdir ki, bu məsələ dərhal BMT Təhlükəsizlik Şurasının gündəminə daxil ediləcək, təşkilat bu qərarı ləğv edərək pisləyəcək”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Rusiya prezidenti İdarəsinin xarici ölkələrlə bölgələrarası və mədəni əlaqələr üzrə keçmiş rəisi Modest Kolerov və Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınovun Ermənistana yönələn Dağlıq Qarabağda separatçı rejiminin tanınması barədə çağırışlarını şərh edərək, R.Musabəyov diqqəti yönəldib ki, bu bəyanatlar hətta Ermənistanın özündə fitnəkar kimi qiymətləndirilib. “Rəy ondan ibarətdir ki, M.Kolerov və A.Martınov sanki Ermənistanı danışıq prosesini pozmağa, hərbi toqquşma yarada biləcək addıma təkan verir”, - deyə R.Musabəyov qeyd edib.
Bununla yanaşı, parlament üzvü qeyd edib ki, hətta Dağlıq Qarabağda separatçı rejim İrəvan tərəfindən tanınsa belə, o zaman bu addım üçün tam məsuliyyət erməni tərəfinin üzərinə düşəcək. “Faktiki olaraq, Dağlıq Qarabağın tanınması deməkdir ki, BMT TŞ-nin bütün üzvləri, həmçinin, Rusiya və Fransa Ermənistanın əleyhinə səs verəcək. Bu həmçinin Ermənistanın dünya ictimaiyyəti tərəfindən təcridi anlamına gələcək, üstəlik Ermənistanın nə vaxtsa Dağlıq Qarabağın hansısa ölkə tərəfindən tanınmasına dair “arzuları” tam olaraq pozulacaq”, - deyə parlament üzvü bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət