Azərbaycan Nazirlər Kabineti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Sazişdə qeyd edilir ki, saziş iştirakçılarının rəyinə görə, kollektiv saziş bağlanılan müddətdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadiyyatın gələcəkdə daha da möhkəmləndirilməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa, əmək təhlükəsizliyinin təmin edilməsinə, işçilərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına yönəldilməlidir.
İqtisadi sahədə tərəflər yaxın iki il üçün aşağıdakı öhdəlikləri götürüblər: iqtisadiyyatın modernləşdirilməsinə kömək etmək, iqtisadiyyatın innovativ inkişafa keçid prosesini sürətləndirmək, iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirlər həyata keçirmək; Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün səyləri davam etdirmək, əməyin məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər həyata keçirmək.
Bundan başqa, tərəflər həmçinin, bu istiqamətdə aşağıdakı öhdəlikləri yerinə yetirməlidirlər: kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət ayırmaq; regionları inkişaf etdirmək; bütün sahələrdə aparıcı İKT-nın tətbiq edilməsinə kömək göstərmək; qeyri-formal iqtisadiyyatın səviyyəsini azaltmaq; dövlət məmurları arasında gəlirlər haqqında bəyannamənin doldurulmasını tətbiq etmək; kənd təsərrüfatı sahəsinin inkişafını stimullaşdırmaq; vergi qanunvericiliyini təkmilləşdirmək; ipoteka kreditlərinin verilməsini sadələşdirmək; transmilli, xarici və birgə şirkətlərin işçilərinin hüquqlarının qorunmasını təmin etmək.
Bununla yanaşı, bu dövr ərzində tərəflər inflyasiyanın eyni səviyyədə qalmasına kömək edəcək, institutsional və digər islahatlar aparmaqda davam edəcək, Rəqabət Məcəlləsinin qəbul edilməsi üzrə işləri sürətləndirəcək, ixraca və idxalın əvəz edilməsinə yönəldilmiş məhsul istehsalı üzrə tədbirlər həyata keçirəcəklər.
Həmçinin iştirakçılar 2012-ci ildə ÜDM-nin real artımının 5,7%, 2013-cü ildə 5,1%, o cümlədən, sənaye istehsalını müvafiq olaraq 1,9% və 1,4%, ASK - 7,1% və 4,4%, pərakəndə mal dövriyyəsini 7,7% və 7,8%, əhalinin pul gəlirlərini 6,8% və 8% səviyyəsində olacağını hesab edirlər.
Əməyin ödənilməsi, pul gəlirləri və həyat səviyyəsi istiqamətlərində tərəflər aşağıdakı öhdəlikləri götürür: sosial ödənişlərin vaxtında verilməsini təmin etmək, ixtisaslar üzrə standartlar tətbiq etmək, minimal istehlak səbətinin tərkibinə yenidən baxmaq və s.
Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi məsələlərində tərəflərin öhdəlikləri bunlardır: əmək bazarı haqqında məlumat sistemini, bu istiqamətdə hüquqi bazanı təkmilləşdirmək və s.
Həmçinin, sazişə tərəflərin sosial müdafiə tədbirlərinin, əmək hüquqlarının qorunmasının gücləndirilməsi, sosial tərəfdaşlığın fəal tətbiqi ilə bağlı öhdəlikləri daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət