Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın fəallaşmasına güvənir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə məlumat verib.
“Biz ümid edirik ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüs edilən səyləri fəallaşdıracaq və onları daha da effektiv edəcək”, - deyə Ə.Həsənov bildirib.
O qeyd edib ki, Rusiyanın səyləri iolmadan nə ATƏT, nə onun Minsk qrupu, nə BMT və hər hansı digər beynəlxalq təşkilat bu işdə ciddi irəliləyişə nail ola bilməyəcək.
“Rusiyanın Ermənistana təsiri çox böyükdür. Bu ölkə, faktiki olaraq, siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə Rusiyanın təsiri altındadır”, - deyə Ə.Həsənov bildirib.
"Buna görə, Rusiya Ermənistana kəsərli təsir hesabına bu ölkəni konstruktiv yola yönəldə bilər", - deyə şöbə müdiri qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan Ermənistandan o qədər də çox şey istəmir.
“Biz Ermənistandan çox şey istəmirik. İstəyirik ki, o konstruktiv mövqe tutsun, işğalçı qoşunlarını Azərbaycanın işğal edilən ərazilərindən çıxarsın, və Azərbaycan üçün azərbaycanlıların və Dağlıq Qarabağ ermənilərinin vətəndaş, milli və etnik hüquqlarının bərpası üçün lazım olan şərait yaratsın”, - deyə o bildirib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət