Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib və Türkiyə onun azad olmasını arzulayır. Bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
“Dağlıq Qarabağ – Ermənistan tərəfindən işğal edilən Azərbaycan, Türkiyə torpaqlarıdır. Torpaqları qaytarmaq – bizim yeganə arzumuzdur”, - deyə B.Bozdağ çərşənbə axşamı jurnalistlərə bəyan edib. “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Dağlıq Qarabağ probleminin həllindən asılıdır”, - deyə o vurğulayıb.
“Ermənistan Dağlıq Qarabağdan getməyincə, bu regionun azərbaycanlılarının hüquqları bərpa edilməyincə Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Biz bu münaqişənin sülh yolu ilə və ən tez zamanda həllini istəyirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə B.Bozdağ əlavə edib.
Çərşənbə axşamı B.Bozdağı Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov qəbul edib. “Türk dünyasının inkişafı və güclənməsi işində türk birliyi daha fəal olmalıdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə O.Əsədovun B.Bozdağla görüşündən sözlərindən Milli Məclisdən sitat gətiriblər.
O.Əsədovun sözlərinə görə, türk ölkələri sülh və sabitliyin möhkəmlənməsi, regionda iqtisadi inkişaf üçün öz strateji və iqtisadi imkanlarını birgə istifadə etməlidirlər.
B.Bozdağ öz tərəfindən qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri uğurla inkişaf edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və bu böyük uğurdur, çünki Azərbaycan müstəqillik tarixinin cəmi 20 yaşı var. Ölkələr var ki, artıq 50 ildir BMT üzvləridir, lakin hələ də BMT Təhlükəsizlik Şurasına seçilməyiblər”, - deyə o qeyd edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət